Mövzu Turizm fəaliyyətində standartlaşdırma Turizm fəaliyyətinin hüquqi əsasları. Turizm fəaliyyətində rəsmiyyətçilik. Turizm fəaliyyətində standartlaşdırma


Turizm məhsulunun keyfiyyət problemləri



Yüklə 44,81 Kb.
səhifə6/19
tarix02.01.2022
ölçüsü44,81 Kb.
#34668
1   2   3   4   5   6   7   8   9   ...   19
Mövzu . Turizmdə standart, hüquq,rəsmiyyətçilik Xazar 2020

Turizm məhsulunun keyfiyyət problemləri.

Turizm sahəsinin xüsusiyyəti ondadır ki, istehsal olunan məhsul tamamilə və ya qismən qeyri-maddidir, servis effekti isə istehlakçı tərəfindən, çox böyük sayda faktorlardan asılı olan müəyyən emosional vəziyyətdə qiymətləndirilir, hansılara ki, turistin aşağıdaki subyektiv xarakteri daxildir:

- Tərbiyyənin xüsusiyyətləri;

- Yaş;


- qonağın mənsub olduğu xalqın mədəni ənənələri;

- rahatlıq(komfortluluq) anlayışı;

-vərdişlər;

- xidmətləri alan an üçün əhvalı və psixoloji durumu;

- orqanizmin fizioloji xüsusiyyətləri və s.

Bütün bunlar turizm məhsulunun keyfiyyətinin qavrayışını hər turistin fərdi subyektiv xarakterindən aslı edir. Bundan başqa, turizm sahəsi üçün daha bir sıra xüsusi faktorlar var ki, onlar da keyfiyyətli turizm məhsulunun yaradılmasına əhəmiyyətli dərəcədə təsir edir. Onlardan bəzilərini nəzərdən keçirək:



1. Turizm xidmətləri istehsalının diskreliyi (davamsızlığı) və onların istehlakının tamlığı. Bunlar da turizm məhsulunun idarə olunmasında müəyyən ziddiyətlər kimi üzə çıxır.
2. Turizm xidmətlərinin eyni yüksək səviyyədə və keyfiyyətdə təkrar istehsalının mümkünlüyü.
3. Əvvəl qeyd edildiyi kimi, turizm sahəsi elə fəaliyyət dairəsinə aiddir ki, orada istehsal olan məhsul qeyri maddidir, o, istehsal ilə eyni vaxtda istehlak edilir.
Turizm sənayesi onunla xarakterizə edilir ki, onda məhsulun keyfiyyət sistemini yaradılarkən əsas fikir servisin keyfiyyətinə yönəlir. Servisin keyfiyyəti – kommersiya müvəffəqiyyətinin açarıdır. Mehmanxanalar və restoranlar, ekskursiya büroları və turizm agentlikləri hərdən tamamilə eyni material baza və yönəmdə olmasına baxmayaraq bir-birindən, ancaq, servisin keyfiyyəti ilə fərqlənirlər ki, bu da bəziləri üçün rəqabət mübarizəsində əsas kozır olur.


Yüklə 44,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin