ORTA İSTEHLAK MEYLİLİYİ (APC)
Orta istehlak meylliliyi iqtisadiyyatda müəyyən dövrdə əldə edilən gəlirin nə qədərlik qisminin istehlak xərclərinə ayrıldığını göstərən anlayışdır.
APC = C/Y
SON HƏDD İSTEHLAK MEYLLİLİYİ (MPC)
Son hədd istehlak meylliliyi (MPC), gəlirdə yaranan artımın (azalmanın), istehlak xərclərində hansı miqdarda artıma (azalmaya) səbəb olacağını göstərər. Orta istehlak meylliliyi, müəyyən bir dövrdə əldə edilən gəlirin orta hesabla nə qədərinin istehlaka ayrıldığını göstərdiyi halda, son hədd istehlak meylliliyi axırıncı əldə edilən gəlir diliminin nə qədərinin istehlak məqsədiylə ayrıldığını göstərir.
MPC = DC/DY
Gəlir
|
İstehlak
|
Gəlirdəki Dəyişmə
|
İstehlakdakı Dəyişmə
|
MPC
|
100
|
90
|
--
|
--
|
--
|
110
|
96
|
10
|
6
|
6/10 =0.60
|
120
|
100
|
10
|
4
|
4/10 =0.40
|
130
|
102
|
10
|
2
|
2/10 =0.20
|
Nümunədən də görüldüyü kimi iqtisadiyyatdakı gəlir səviyyəsi artdıqca MPC azalır. Bu o deməkdir ki, az gəlirli əhali qrupları, gəlirlərində yaranan artımın böyük hissəsini istehlak xərclərinə, yüksək gəlirli əhali qrupları isə gəlir artımlarının çoxunu yığım üçün ayırır.
MPC həmişə sıfırdan böyük, lakin birdən kiçikdir.
MPC = Tan. b = DB/FB = DC/ DY
Hər hansı bir gəlir səviyyəsində orta istehlak meylinin, marjinal istehlak meylindən daha böyük olacağını bilməmiz şərtdir.
Dostları ilə paylaş: |