7.5.İnvestisiya xərcləri və investisiya tələbi İstehlak xərclərinin müəyyən mənada sabit olduğunu (subyektiv faktorlar) qeyd etmişdik. İnvestisiyalar üçün edilən xərclər isə onlardan fərqli olaraq müxtəlif səbəblərlə dalğalanmalar göstərən həssas bir quruluşa malikdir.
Tərif: Müəyyən bir dövrdə bir iqtisadiyyatda mövcud kapital mallarına və avadanlıqlarla edilən xalis əlavəyə investisiya deyilir. Başqa cür ifadə etsək investisiya, investisiya üçün hazır qaynaqların ya da fondların, kapital mallarına və avadanlıqlara çevrilməsidir.
İnvestisiyanı Kimlər Edir? İnvestisiyalar əlbəttə ki sahibkarlar tərəfindən həyata keçirilir. Lakin burada sahibkar kimi həm özəl sektor nümayəndələri, həm də dövlət sektoru iştirak edə bilər. Birinci halda özəl investisiya xərclərindən, ikinci halda isə dövlətin investisiya xərclərindən bəhs olunur. Özəl sektor investisiya xərclərini həyata keşirərkən öz mənfəətini, dövlət investisiya xərcləri həyata keşirərkən isə ictimai faydayı yüksəltməyi düşünür. Buraya qədər olduğu kimi bu bölmədə də, biz dövlət sektorunun məcazi mənada var olmadığı bir iqtisadiyyatın tədqiqatını aparacıq. Təbii olaraq bu mərhələdə, yalnız özəl sektor tərəfindən edilən investisiya xərcləri araşdırma mövzusu olacaq.
Hansı əməliyyatlar investisiyadır? Bir fabrikin ya da hər hansı bir müəssisənin satın alınması bunları alan insanlar üçün əlbəttə bir investisiya kimi qiymətləndirilə bilər. Lakin makro səviyyədə ələ aldığımızda bu əməliyyatlar nəticəsində, o ölkənin kapital bazasına və ya avadanlıqlarına hər hansı bir əlavə edilməmişdir. Ona görə də bu cür əməliyyatları investisiya olaraq qiymətləndirməmiz düzgün yanaşma deyil. Bundan başqa, qiymətli kağızların (istiqraz, səhm) alınması da makro səviyyədə bir investisiya deyil. Bu cür əməliyyatlara aktivlərin plasmanı (əl dəyişdirməsi) deyilir.
Hansı xərclər investisiya xərcləridir?
Cihaz, maşın və təchizat kimi kapital mallarına,
Bina, yol, körpü, anbar və bənzəri inşaatlara,
Firmalar tərəfindən, anbarlarında saxladıqları xammal, yarımçıq istehsal halındakı mallar üçün edilən xərclər investisiya xərcləridir.