Mövzu Ümumi makroiqtisadi tarazlıq və onun səmərəliliyi


İnvestisiya Qərarları Və Kapitalın Son Hədd Effektivliyi



Yüklə 110,84 Kb.
səhifə8/9
tarix08.10.2022
ölçüsü110,84 Kb.
#64745
1   2   3   4   5   6   7   8   9
Makro 7

İnvestisiya Qərarları Və Kapitalın Son Hədd Effektivliyi
İnvestisiya Qərarları
İqtisadçılar müəyyən bir dövrdə iqtisadiyyatda həyareallaşdırılmaq istənən investisiyaların hansı səviyyədə olacağını müəyyənləşdirmək məqsədiylə mikro səviyyədə analizlərdən istifadə edirlər. Çünki, iqtisadi subyektlərin bu mövzuda tək-tək vermiş olduqları qərarlar, makro iqtisadi yanaşmanın əsasını təşkil edir. Buradakı nümunədə də mikro iqtisadi analizdən istifadə ediləcək.
Məsələn, bir sahibkar əlində olan 500 min AZN ilə ya bir investiyia etməyə ya da mövcud işini genişləndirməyə qərar vermək istəsə, şübhəsiz burada etməyi planladığı investisiyadan əldə edəcəyi təxmini mənfəət ilə eyni miqdar pula bankın verəcəyi faizi gəlirini müqayisə edəcəkdir. Əgər bank daha yüksək gəlir vəd edərsə, firmadan investisiya etməsi, başqa bir ifadə ilə kapital malları tələb etməsi gözlənilə bilməz.
Burada alternativ xərc (fürsət xərci) cari faiz dərəcəsində əldə ediləcək gəlirdir. Hansı ki, cari faiz dərəcəsində əldə ediləcək gəlir sahibkarı investisiyayı həyata keçirməkdən imtina etdirə bilər. Fərqli bir alternativ xərc halı isə eyni miqdar kapitalın başqa bir sahədə ediləcək investisiya nəticəsində əldə olunacaq mənfəətlə əlaqədardır. Əgər sahibkar investisiya qoymaq istədiyi A istehsal sahəsində mənfəət dərəcəsi cari faiz dərəcəsindən aşağı, B istehsal sahəsində isə faiz dərəcəsindən artıq isə belə olan halda bu alternativi də nəzərə alacaq.

7.6. Makroiqtisadi modelin sadə keynsçi modeli.
Makroiqtisadi model (ing. Macroeconomic model) — ölkənin və ya bölgənin iqtisadiyyatındakı problemlərin işini təsvir etmək üçün hazırlanmış analitik bir vasitədir.
Bu modellər ümumiyyətlə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi, ümumi qazanc, istehsal mənbələrindən istifadə səviyyəsi və qiymət səviyyəsi kimi cəmlənmiş miqdarların müqayisəli statikasını və dinamikasını öyrənmək üçün hazırlanmışdır.
Makroiqtisadi modellər məntiqi, riyazi və / və ya hesablama ola bilər; müxtəlif növ makroiqtisadi modellər fərqli məqsədlərə xidmət edir və fərqli üstünlük və mənfi cəhətlərə malikdir.

  1. Makroiqtisadi modellər əsas nəzəri prinsipləri aydınlaşdırmaq və göstərmək üçün istifadə edilə bilər;

  2. bunlar müxtəlif makroiqtisadi nəzəriyyələri yoxlamaq, müqayisə etmək və miqdarını təyin etmək üçün istifadə edilə bilər;

  3. ssenarilər yaratmaq üçün istifadə edilə bilər (ümumiyyətlə pul, maliyyə və ya digər makroiqtisadi siyasətlərdəki dəyişikliklərin təsirini proqnozlaşdırmaq üçün);

  4. bunlardan iqtisadi proqnozlar vermək üçün istifadə edilə bilər.


Yüklə 110,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin