Miqdar eyniləşdirilməsi malın faktiki miqdarının “İstehsal-texniki təyinatlı məhsulların və xalq istehlakı mallarının miqdar üzrə qəbulu qaydaları haqqında təlimata” və RF-nın Mülki məcəlləsinə görə tərtib edilmiş nəqliyyat, müşayətedici və hesab sənədlərində qeyd edilmiş məlumata uyğunluğunun təyin edilməsidir.
Televizorlar ticarət şəbəkəsinə 1-2 ədəddən 150-200 ədəd partiyalarla daxil olur. İstehlakçılara satılması üçün hər bir mal penoplast ara qatlı karton qablara qablaşdırılır. Məmulatın komplektləşdirilməsinə zəruri olaraq bilavasitə televizorun özü və birləşdirici naqilləri aiddir. Bundan başqa, dəstə markalanmasında göstərilən müxtəlif köməkçi qurğular (məsələn uzaqdan idarəetmə pultu, əlavə kolonka dəsti və s) əlavə oluna bilər.
Xətti ölçülərin eyniləşdirilməsi ekranın, korpusun, Uİ pultunun və digər komplektləşdirmə hissələrinin həqiqi ölçülərinin müəyyən edilməsi məqsədi ilə aparılır. Bu eyniləşdirmə mikrometrə qədər şkalalı ölçü xətkeşinin köməyi ilə aparılır. Əldə olunan bütün ölçülər məhsulun pasportunda və ya birbaşa televizorun korpusunda göstərilən məlumatlara uyğun olmalıdır.
Televizorların markalanmasının eyniləşdirilməsi – televizorun qablaşdırılmasında, təlimatında və pasportunda qeyd olunmuş məlumatların standartların tələblərinə uyğunluğunun müəyyən edilməsidir.
Televizorun markalanması zamanı ticarət adı, markası, istehsalçı zavodun əmtəə nişanı, istehsal tarixi, GOST-un nömrəsi və məmulatın sıra nömrəsi göstərilir.
Əmtəə pasport və və istismarı üzrə təlimatla təmin olunur. Televizorun nömrəsi onun pasportunda və ya korpusunda göstərilir. Qablaşdırma amortizasiya aralıq qatı olan qutudan ibarətdir. Karton qablaşdırma üzərində məmulatın adı, istehsalçı zavodun əmtəə nişanı, istehsal tarixi, nəqli zamanı xəbərdar edici yazılar ("Yuxarı", "Atma", şərti işarələr - qədəh, çətir və s.) qeyd olunur.
Əmtəə-müşayətedici sənədlərin eyniləşdirilməsizamanı bütün müşayətedici sənədlər, qaimələr və nəqliyyat sənədləri yoxlanılır. Malların sayı və onların komplektliyini qaimədə göstərilən məlumatlar ilə tutuşdururlar, əgər bu məlumatlar üst-üstə düşərsə gəlmiş partiyanı qəbul edirlər.
Qablaşdırma penomaterialdan hazırlanmış içlik ilə büzməli kartondan hazırlanmalıdır. Televizor qaba kip yerləşməlidir, taranın içərisində tərpənməməlidir.
Markalanma rus dilində olmalıdır və bütün vacib informasiyaya malik olmalıdır.