Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması



Yüklə 87,19 Kb.
səhifə32/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   28   29   30   31   32   33   34   35   ...   40
Mövzu ime

Çeşid eyniləşdirməsi – bu malın təsnif edilmə göstəricilərinə görə bu və ya digər çeşid qrupuna mənsubiyyətinin uyğunluğunun müəyyən edilməsidir.
Televiziya qəbuledicilərini müxtəlif əlamətlərinə görə xarakterizə edirlər.
Yayımın rənginə görə bütün televizorları ağ-qara və rəngli televizorlara ayırırlar.
Sxem və element bazasının xüsusiyyətlərinə görə televizorları nəsillərə bölürlər. Nəsildən-nəslə keçidlər element bazasının təkmilləşdirilməsi, konstruksiya metodları və peşəkar imkanların genişlənməsi ilə səciyyələnir:

  • birinci nəsil televizorlar radio detalları və elektro vakkum cihazları vasitəsilə yaradılmışdı;

  • ikinci nəsil televizorlarda element bazası kimi miniatür radiodetallar ilə yanaşı diskret yarımkeçirici cihazlar istifadə olunurdu;

  • üçüncü nəsil televizorlar inteqral sxemlər üzərində mikroelektron cihazlardan ibarət idi;

  • dördüncü nəsil televizorlarda böyük və çox böyük inteqral sxemlər istifadə olunurdu.

  • beşinci nəsil televizorlara mikroprosessorlu (rəqəmsal) idarəetməli analoqlu-rəqəmsal televizorlar aid olunur. Bu televizorlarda səs və təsvir siqnallarının emalı analoqlu idi;

  • altıncı nəsil televizorlarda videosiqnal VBV rəqəmsal olaraq emal olunur.

Hazırda ilk dörd nəsil televizorlar istehsal olunmur.
Konstruktiv həllinə, istifadə parametrlərinə və xüsusiyyətlərinə görə televizorlar stasionar və səyyar olmaqla iki yerə bölünürlər.
Qida mənbələrinə görə televizorlar şəbəkədən, batareyadan və universal mənbədən qidalanır.
Televiziya təsvirlərinin formatına görə - 3 x 4; 16 x 9 ölçülü olur.
Səs müşayiətinin xarakterinə görə televizorları monofonik, stereofonik və həcmli səslənmə kimi altqruplara bölürlər.
Təsvirin alınması texnologiyasına görə televizorlar kineskoplu, maye-kristal, proyeksiyalı, lüminessensiyalı və plazma olmaq üzrə təsnif edilir.
Kineskoplu ağ-qara televizorlarda təsvir, gözlə vahid bütün kimi qəbul edilən, müxtəlif parlaqlıqda parlayan nöqtələrdən əmələ gəlir, rəngli televizorlarda isə təsvir üçlük halında qruplaşdırılmış əsas rənglərin nöqtələrinin (yaşıl, qırmızı, göy) müxtəlif aralıq rəngləri yaratması ilə əmələ gəlir.
Maye-kristal televizorlarda LCD (Liquid crystal display) təsvir iki polyarlaşmış filtr təbəqəsi ilə örtülmüş ikiqat şüşə panellərin bir-birinə perpendikulyar şırımlarında yerləşmiş nazik maye kristalları təbəqəsində formalaşır. Maye-kristal panelin arxa tərəfi işıq mənbəyi tərəfindən bərabər işıqlandırılır. Maye kristalların hücrələrinin (oyuq, dəlik) idarə olunması idarə edən gərginliyin verildiyi elektrodların matrisaları tərəfindən həyata keçirilir. Onun təsiri altında maye kristalların molekulları öz istiqamətini dəyişirlər və bunun nəticəsində onların arasından keçən işıq şüaları xassələrini dəyişirlər.
Maye-kristal ekranların maye kristal molekulları fotokameranın çaxmağı kimi çalışır: işığı buraxır və ya buraxmır. Gərginlik verdikdə maye kristal molekulları işıqburaxmanı idarə edərək öz formasını dəyişir. Kristal özü nə işıq, nə də rəng buraxmır.
Maye-kristal ekranların iş prinsipi böyük sayda piksellərdən istifadə etməsindən ibarətdir. Yuxarıda verilmiş sxem bir pikseli göstərir, ekran isə üfüqi paralel xətlər üzrə qruplaşmış çox sayda piksellərdən ibarətdir. Beləliklə, maye-kristal ekranlar bir yerdə toplanmış, çoxlu çaxmaqlardan ibarətdir.
Proyeksiya televizorlarda təsvir proyektor vasitəsilə yaradılan parlaq işıq təsvirlərinin televizorun işıqlandıran və ya əks etdirən ekranına optik proyeksiyasının salınması nəticəsində alınır. Proyeksiya televizorlarda istifadə olunan proyektorlar elektron-şüalanma trubkalarında, maye-kristal matrisalarda və lazer proyeksiya trubkalarında quruila bilər.
Kineskop tipli proyeksiya televizorlarda təsvir müvafiq rəngin işıqlanması ilə üç planar – yerləşdirilmiş proyeksiya kineskopunun ekranında yaranan qırmızı, yaşıl və göy təsvirlərin ekranın optik proyeksiyasında toplanması nəticəsində alınır.
Maye-kristal proyeksiya televizorlarda ekranda təsvir arxa tərəfindən güclü bərabər işıq seli tərəfindən işıqlandırılan maye-kristal matrisa panelindən gələn təsvirin proyeksiyası nəticəsində alınır.
Lazer proyeksiya televizorlarda (lazer kineskopu – kvantoskop əsasında) lüminofor yarımkeçirici monokristal ekran əvəzinə hər bir sahəsi ona elektron dəstəsi düşdükdə obyektiv vasitəsilə böyük ekrana proyeksiyası salınan işıq saçan şüa trubkasından istifadə olunur.
Lüminessensiya televizorları az elektrik gücü sərf edirlər, təsvir yüksək parlaqlığı, metrik təhriflərin olmaması, amma az dəqiqliyi ilə fərqlənir.
Plazma televizorlarda ənənəvi elektron-şüa trubkası əvəzinə plazma paneli quraşdırılır. Plazma paneli bir çox miniatür qazdoldurulmuş lampalardan – piksellərdən hazırlanmış matrisalardan ibarətdir. Alışdırma impulsu onların içində sıxışdırılmış ionlaşmış qazı işıq saçmağa məcbur edir. İonlaşmış qaz molekulları plazma adlanır. Ona görə də qazboşaldılmış panellər "plazma panelləri" və ya "plazma" adını almışlar.
İdarəedici siqnallar ardıcıl olaraq şüşə panellərin daxili səthi üzərinə vurulmuş elektrik cərəyanı keçirən görünməz şaquli və üfüqi xəttlərə göndərilir. Təsvir ekranda ardıcıl surətdə (nöqtələrə, sətirlər və kadrlar üzrə) irəliləyir.
Paneldə təsvirin hər bir elementinin parlaqlığı onun işıqlanma müddəti ilə müəyyən edilir. Əgər adi kineskop ekranında hər bir lüminofor ləkənin işıqlanması tezliyi saniyədə 25 dəfə olmaq şərti ilə aramsız döyündüyü halda, plazma panellərdə ən parlaq elementlər daima eyni işıqla, sayrışmadan, işıqlanır ki, bu da plazma təsvirini kineskop təsvirindən faydalı fərqləndirir.
Plazma televizorlarda yüksəkvoltlu gərginlik mənbəyi (25000 V) yoxdur, diaqonalı 1 metr olan panelin qalınlığı 10-15 sm-dən çox olmur, qabarit ölçüsü 1050 x 640 x 80 mm olur.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin