Keramika məmulatlarının informasiya eyniləşdirilməsi – məmulatların markalanmasında, və müşayətedici sənədlərində olan rekvizitlərə və standartların tələblərinə uyğunluğunun təyin edilməsidir.
Markalanması məmulatın, istehlakçı və nəqliyyat taralarının üzərinə vurulur. Məmulatların markalanmasında əmtəə nişanı (hər bir istehsalçı zavod üçün təsdiq edilmiş), sortu, alındığı təqdirdə "N" indeksi göstərilməlidir. Konkret məmulatların üzərində müəyyən əlavə rekvizitlərin quraşdırılmasına icazə verilir.
Əmtəə nişanı keramika boyası vasitəsilə ştempelləmə üsulu ilə və ya sonra yandırmaqla dekalkomaniya üsulu ilə və yaxud məmulat formaya salındıqda kontrrelyef şəkil vasitəsilə məmulatın arxa tərəfindən altına vurulur. Sortluğu keramika boyası vasitəsilə sonra yandırmaqla ştempelləmə üsulu ilə və ya sürtülüb yeyilməyə qarşı davamlı boyanın köməyi ilə "soyuq" üsulla və ya mətbəə üsulu ilə hazırlanmış yapışdırılmış etiket vasitəsilə vurur.
Sort və "N" indeksi 1-ci növ məmulatların üzərinə qırmızı rəngli boya ilə və ya 2-ci növ məmulatların üzərinə yaşıl rənglə vurulur.
İstehlakçı taralarının markalanmasında aşağıdakı məlumatlar qeyd olunmalıdır:
Rekvizitlərin əl ilə daxil edilməsinə icazə verilir. Markalanma aydın olmalıdır.
Nəqliyyat markalanması əsas, əlavə, informasiya yazılarının və xəbərdarlıq edici nişanların "Ehtiyatla, kövrəkdir!" göstərilməsilə GOST 14192 standartına uyğun olmalıdır:
Keramika məmulatlarının kəmiyyət eyniləşdirməsi - qab dəstlərinin və ya servizlərinin əşyalılığının (ədədliyi və ya komplektliyi) pasportunda qeyd olunmuş məlumata, habelə məmulatların parametrlərinin etalon-nümunəyə və ya standartların tələblərinə uyğunluğunun müəyyən edilməsidir.
Yemək qablarının çeşidlərinə boşqablar, iri nimçələr, şorba üçün vazalar, sous qabları, siyənək nimçəsi, salad qabları, duzqabı, xardal qabı, bibər qabı, yumurta üçün qədəhlər aiddir. Komplekt yemək qablarına yemək servizləri və yemək qabları dəstləri aiddir. Yemək servizləri 6 və 12 nəfər üçün istehsal olunur. Onlar 30-35 və 68 əşyadan ibarət olur.
Çay və qəhvə qablarına nəlbəkilər ilə fincanlar, nəlbəkilər, bardaqlar, stəkanlar, qədəhlər, piyalələr, qəndqabıları, qaymaqqabları, südqabları, yağqabları, vazalar və s. aiddir.
Servizlər - 6 və ya 12 nəfər üçün çay və qəhvə qablarının bütöv dəstləridir. Çay servizləri çox vaxt 6 və ya 12 nəlbəki ilə fincandan, çaydandan, qəndqabı və qaymaqqabından ibarət olur. Qəhvə servizləri 6 və ya 12 qəhvə fincanı ilə nəlbəkilərdən və 6 və ya 12 diametri 150 və 175 mm olan kiçik boşqablardan, habelə qəhvədandan, qəndqabından və qaymaqqabından ibarət olur.
Qarnitur 6 və ya 12 nəfər üçün çay servizindən və əlavə 6 və ya 12 kiçik boşqablardan, 6 və ya 12 mürəbbə üçün nəlbəkilərdən, mürəbbə üçün vazadan, meyvə üçün vazadan, suxarı qabından və yağ qabından ibarət olur. 6 nəfərlik qarnitura 32 əşya, 12 nəfərlik qarnitura isə 56 əşya daxildir.
Saxsı qabların çeşidi çini qabların çeşidinə nisbətən daha az rəngarəngdir. Çünki, saxsı məmulatlarıın termik dayanıqlığı və gigiyena tələblərinə uyğunluğu daha aşağıdır.
Qablaşdırma vahidinin brutto kütləsi 20 kq-dan, yemək servizlərinin kütləsi 25 kq-dan çox olmamalıdır.