Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


Keramika qabların eyniləşdirilməsi –



Yüklə 87,19 Kb.
səhifə26/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   22   23   24   25   26   27   28   29   ...   40
Mövzu ime

Keramika qabların eyniləşdirilməsi – məmulatın adının, möhkəmlik dərəcəsinin, termik və kimyəvi davamlılıq göstəricilərinin markalanmasında və əmtəə-müşayətedici sənədlərində göstərilmiş informasiyaya, standartların tələblərinə uyğunluğunun müəyyən edilməsidir.
Eyniləşdirmə ekspertizası normativ-texniki sənədlərində qeyd olunmuş müəyyən əlamətlərə uyğunluğunu müəyyənləşdirmək məqsədilə həyata keçirilir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr qoyula bilər:

  • bu məmulat hansı çeşid (növ) qrupuna aiddir;

  • bu məmulat hansı sorta, sinifə aiddir;

  • qabın kimyəvi dayanıqlılığının təyini;

  • fiziki-texniki göstəricilərinin təyini.

Çeşid (növ) mənsubiyyətinin eyniləşdirmə ekspertizası – keramika qablarının növ və ya çeşid mənsubiyyətinin məhsulların ümumrespublika təsnifatına (MÜT) uyğunluğunun müəyyənləşdirilməsidir.
Keramikanı quruluşuna, sıxlıq dərəcəsinə, tipinə, növünə və çini qırığının növlərinə (keramika məmulatının divarlarının materialı, kütləsi) görə təsnif edirlər.
Quruluşuna görə keramikanı kobud və incə olmaqla iki sinifə ayırırlar. Kobud keramikaya sınıq yeri qeyri-bircins iridənəli quruluşa malik olan və təbii, qırmızımtıl-qəhvəyi rəngli çini qırığı olan məmulatlar aid edilir. İncə keramikadan hazırlanmış məmulatın sınıq yeri yekcins, xırda dənəvər quruluşa və ağ və ya zəif rəngə malik olur.
Sıxlıq dərəcəsinə görə keramika bişirilmiş (suudma 5% -dək) və məsaməli (suudma 5% -dən çox) çini qırığı olmaqla iki yerə bölünür. Bişirilmiş çini qırığı ilə məmulatların sınıq yeri sıx balıqqulağına bənzəyən quruluşa malikdir, vurduqda yüksək, uzun müddət davam edən səs çıxarır, onlardan bəzi nazik təbəqəli olanları işığı keçirirlər. Məsaməli çini qırığı ilə məmulatların sınıq yeri yumşaqdır, vurduqda alçaq, boğuq, tez sakitləşən səs çıxarır, divarlarının qalınlığı çox nazik olsa belə işığı keçirmirlər.
Çini, saxsı, mayolika (kaşı), yarımçini, dulusçuluq keramikası məişət keramikasının əsas növləridir. Dulusçuluq keramikasından başqa onların hamısı incə keramika məmulatlarına aiddir. Dulusçuluq məmulatları kobud keramika sinifinə aiddir.
Çini bişirilmiş olub, su və qazları keçirmir, 2.5 mm-ə qədər incə təbəqəli olanları işığı keçirir, layda 2,5 mm-ə qədər, çini qırığı göyümtül çalarlı ağ rəngdə olur. İstisna hallarında kütləyə keramika boyaq maddələri əlavə etməklə çəhrayı, mavi və digər rəngli çinilər əldə edirlər. Çininin məsaməliliyi çox aşağıdır (suhopdurma 0,5% -dək). O, bir qayda olaraq şirələnir.
Saxsı (fayans) qablar ağ-sarımtıl rəngli məsaməli (suhopdurma 9-12%) çini qırığıyla səciyyələnir, işığı keçirmir. Çini kimi bunu da adətən rəngsiz şəffaf şirə (mina) ilə örtürlər. Çini və saxsı incə keramikanın əsas tipləridir və saxsı məişət əşyalarının 90% -ini onlardan hazırlayırlar.
Qabların hazırlanmasında yarıçininin istifadə edilməsinə nisbətən yeni başlanılıb. Ağ rəngli, məsaməliliyi çox olmayan (suhopdurma 3-8%) çini qırığıyla səciyyələnir, işığı keçirmir, rəngli və ya rəngsiz, şəffaf və ya yarımşəffaf şirə (mina) ilə örtürlər.
Mayolika (kaşı) ağ və ya rəngli, məsaməli (suhopdurma 12-15%), işıq keçirməyən çini qırığıyla səciyyələnir. Rəngli şəffaf və ya boğunuq şirə (mina) ilə örtürlər.
Dulusçu keramikası rəngli, daha çox qırmızı-qonur rəngli, yüksək məsaməli (suhopdurma 15-18%) saxsı qırığıyla fərqlənir. Bir qayda olaraq məmulatları rənglənmiş və ya tutqunlaşdırılmış şirə ilə tam və ya qismən şirələyirlər.
Məişət təyinatlı məmulatların istehsalı üçün istifadə olunan keramikanın bir neçə növü var.
Çini iki növdə - bərk və yumşaq olaraq hazırlanır. Resepturalara əsasən bərk çinilər ümumi və gündəlik istifadə olunan qablarının istehsalı üçün istifadə olunur. Yüksək bədii xüsusiyyətləri ilə seçilən yumşaq çinilər əsasən bayram, suvenir və hədiyyə təyinatlı məmulatların hazırlanması üçün istifadə edilir. Bərk çini növü olan aşağı temperaturlu çini (azbişirilmiş)məmulatları ancaq məktəblərdə, uşaq bağçalarında, müalicə və s. ictimai iaşə müəssisələrində ümumi istifadə üçün nəzərdə tutulub. Yumşaq çini növünə çox bişirilmiş və sümük çini qablar aiddir. Onların yüksək estetik xüsusiyyətləri istehsalı zamanı yüksək miqdarda çöl şpatı və ya sümük unundan istifadə edilməsi nəticəsində əldə edilib.
Saxsı da çini qablar kimi bərk və yumşaq ola bilər. Lakin son onilliklərdə ölkəmizdə saxsı qablar bərk saxsıdan hazırlanır. məmulatlara daha aşağı istismar xassələri verən yumşaq saxsı kütləsi indi yalnız soba kaşısının istehsalında istifadə olunur.
Mayolika saxsı və dulusçu olmaq üzrə iki növə bölünür. Saxsı mayolika xarici əlamətlərinin xassələrinə görə saxsıya yaxınlaşır. Zahirən ondan onunla fərqlənir ki, rəngli şəffaf mina ilə örtülmüşdür. Dulusçu mayolika dulusçu keramikasını xatırladır. Ondan daha nazik divarları, emalı və bəzənməsinin dəqiqliyi, məmulatlarının çeşidinin müxtəlifliyi ilə seçilir.
Yarıçini və dulusçu keramikası növlərə bölünmür.
Saxsı məişət malları qablar və bədii-dekorativ məmulatlara olmaqla iki yarımsinifə ayrılır.
Keramika qablarının çeşidləri aşağıdakı əsas əlamətlərə görə təsnif edilirlər:

      • təyinatı üzrə;

      • məmulatın növünə (görünüşünə);

      • fasonuna;

      • ölçülərinə;

      • görünüşünə və bəzəmənin çətinliyinə görə;

      • komplektliyinə.

Təyinatına görə yemək, çay, qəhvə; növünə görə - boşqablar, fincanlar, nəlbəkilər; formasına görə - yastı məmulatlar (boşqablar, nəlbəkilər) və açıq (içiboş, oyuq, açıq, bağlanmamış); (fincanlar, çaydanlar): İstismar şəraitindən asılı olaraq qabları ictimai iaşə müəssisələri üçün və yaşayış mənzilləri üçün qablar olmaqla bir-birindən fərqləndirirlər.
Ev üçün qablar aşağıdakı növlərə ayrılır: mətbəx qabları; ancaq bayram günləri stola düzülən və adi günlərdə ancaq mənzilin yemək otağının interyerini bəzəyən dekorativ element kimi fəaliyyət göstərən yemək, çay və qəhvə qabları.
İctimai iaşə şəbəkələri üçün nəzərdə tutulmuş qablar ənənəvi köhnə formalı (iri qabaritli, böyük forma müxtəlifliyi ilə) restoran tipli qablara və özünəxidmət yeməkxanaları üçün (kompakt formalı qablar) qablara ayrılır.
Qabların dizaynı korpusunun formasına (yumru, oval, çoxüzlü və s.), konstruksiyasına (gövdəsində, altlığında, dəstə ilə, qapaq ilə), səthinin xarakterinə (hamar, qabarıq şəkil ilə), kənarlarının emalına (düz, oyma), bortun xarakterinə (bütöv, incə (şəbəkəli)) görə müəyyən edilir.
Keramika məmulatları ölçülərinə görə aşağıdakı kimi təsnif edilir: kiçik - diametri və ya uzunluğu 175 mm-ə qədər, tutumu 250sm3 - ə qədər; orta -diametri və ya uzunluğu 175-dən 250 mm-ə qədər, tutumu 250-dən 600sm3 - a qədər; böyük - diametri və ya uzunluğu 250 mm-dən çox, tutumu 600sm3 və çox olan.
Qablar hazırlanma növlərinə görə qruplaşdırılırlar: ağ və naxışlı (çap, декол, trafaret və s), naxışı çətinliyinə görə - qruplara bölürlər.
Komplektliyinə görə qabları aşağıdakı kimi qruplaşdırırlar: tək, cüt (nəlbəki ilə fincan) və ləvazimatlar, dəstlər, hədiyyə və digər komplektlər, servizlər və qarniturlar şəklində olan komplektlər. Eyni üslubda olan və servizlər məcmusundan, dəstlərdən ibarət olan qarnitura daha çox əşya daxildir.
Dəst - bir növ qabların məcmusudur.
Komplekt - bir təyinatlı bir neçə növ qabdan ibarətdir.
Ləvazimat - fərdi istifadə üçün qab dəsti və ya komplektidir.
Serviz - konkret sayda adam üçün yemək, çay və ya qəhvə qablarının məcburi növlərindən ibarətdir.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin