Keramika məmulatlarının istiliyə davamlılığı
Keyfiyyət üzrə tövsiyə edilən çini məhsulların ağlığı ən azı 67% olmalıdır. Səthin ağlığı iki göstərici ilə ölçülür:
ağ işığın diffuz əks etmə payı və faizi;
spektrin bütün görünən hissəsində əks etmənin bərabərliyi.
Ağlığın etalonu kimi preslənmiş tozdan əldə edilmiş plastinkanı və ya metal maqneziumun yandırması zamanı yaranan yumşaq örtüyü götürürlər. Ağlığın bu və ya digər rəngə doğru kənara çıxmasını işıq filtirləri vasitəsilə qeydə alırlar. Saxsı qırığının ağlığı və işıq keçirməsi onun qalınlığından asılıdır. Bu göstəricilərin qarşılıqlı əlaqəsi cədvəl 4-də verilmişdir. Cədvəl 4
Keramikanın optik xüsusiyyətinin qarşılıqlı əlaqəsi
Saxsı qırığının qalınlığı, mm
|
Ağlığı, %
|
İşıq keçirməsi, %
|
0.6
|
68
|
18
|
1.0
|
75
|
9
|
1.5
|
76.5
|
5
|
2.0
|
77
|
3.2
|
3.0
|
77
|
0.7
|
Ağlıq ФМШ-56M fotometrinin köməyi ilə müəyyən edilir. Bu fotometr, iş prinsipi sınaq nümunəsindən və etalondan əks olunan işıq axınının ölçülməsinə əsaslanan, optik sistemdən ibarətdir.
Dostları ilə paylaş: |