Şüşənin kimyəvi tərkibinin eyniləşdirilməsi - şüşənin kəmiyyət və keyfiyyətcə tərkibinin GOST 30407-96 -a uyğun olması müəyyən edilir.
Adi, geniş yayılmış şüşənin kimyəvi tərkibini təxminən şüşənin normal formulu ilə ifadə etmək olar: R2O·RO∙SiO2. Belə ki, R2O qrupuna qələvi oksidlər (Nа2O, К2O, Li2O), RO qrupuna qələvi torpaq oksidləri (MgO, PbO, СаO), SiO2 qrupuna isə Al2O3 və B2O3 aiddir.
Qeyd etmək lazımdır ki, mürəkkəb kimyəvi tərkibli şüşə nə "normal şüşə formulu", nə də digər təklif olunan formullarla ifadə oluna bilməz.
Şüşə kimyəvi tərkibinə və alınması üsullarına görə çox müxtəlifdir. Hazırda şüşə istehsalında elementlərin dövri sisteminin təxminən 80% (oksigen, silisium, kalsium, maqnezium, qurğuşun, barium, sink, natrium, kalium, alüminium, bor və s.) istifadə edilir.
Şüşələrin bir neçə təsnifatı mövcuddur, onlardan ən geniş yayılmışı Kitayqorodski təsnifatıdır. Ona görə bütün şüşə kütləsi kimyəvi tərkibinə (cədvəl 2) görə təsnif edilir, bütün şüşə məmulatları isə onların istehsalı və emalı metodlarına görə təsnif edilir.
Şüşənin təxmini kimtəvi tərkibi %
Oksidlər
|
Pəncərə şüşəsi
|
Sortluq üfürmə şüşə
|
Sortluq prers şüşə
|
Lampa şüşəsi
|
Tünd butulka şüşəsi
|
SiO2
|
71,5
|
74-75,5
|
73-75
|
73-74
|
68-72
|
Al2O3
|
1,6-1,8
|
0,5-0,6
|
0,8-1,0
|
1,0-1,5
|
4,5-7,0
|
Fe2O3
|
0,2
|
0,03-ə qədər
|
0,1
|
0,3-0,4
|
2,0-3,0
|
СаO
|
8,5
|
7,0-9,0
|
6,0-7,0
|
12,5-13,0
|
11,0-13,0
|
MgO
|
3,5
|
-
|
2,0-3,0
|
-
|
0,8-1,5
|
Nа2O
|
15,0
|
10-10,5
|
15,0-16,0
|
11,5-12,5
|
10,0-11,0
|
К2O
|
-
|
5,0-5,5
|
-
|
-
|
-
|
Şüşələrdə rast gəlinən şüşə əmələ gətirən birləşmələri aşağıdakı kimi qruplaşdırmaq olar:
şüşəəmələgətirici;
şüşə oksidləri (natrium oksidlər, kalium, kalsium, maqnezium, bariumu, qurğuşun və xeyli miqdarda boyaq oksidləri);
amorf oksidləri (alüminium, xrom və dəmir oksidi)
Şüşə duzları (Nа2SO4, NaNO3, KNO3, NaCI, CaSO4, Nа2CO3 və digər duzlar, hansı ki, şüşədə qismən ionlara parçalanır). Çox kiçik miqdarda şüşə duzları şüşə kütləsində əriyirlər.
Natriuməhəngli və kaliuməhəngli şüşələrin tərkibində birvalentli oksidlər- 15-17%, ikivalentli - 8,5-9,5% və silisium oksidi - 73-76% təşkil edir.
Büllur şüşənin tərkibində: РbО - 23-28% (38% -ə qədər olur); ağır büllurun tərkibində SiO2 50-58%-dir, yüngül büllurda isə 59%-dən çoxdur.
Şüşəyə şüşəəmələgətirici (SiO2) qismində kompleks zəruri xassələrin verilməsi üçün digər oksidlər əlavə edilir (modifikatorlar, К2O, СаO, RbO, maqnezium və titan oksidləri).
Dostları ilə paylaş: |