Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


P/k-dən hazırlanmış malları informasiya eyniləşdirilməsi



Yüklə 87,19 Kb.
səhifə20/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   16   17   18   19   20   21   22   23   ...   40
Mövzu ime

P/k-dən hazırlanmış malları informasiya eyniləşdirilməsi — məhsulların markalanmasında olan məlumatlarla eynilik təşkil etməsini təyin etməkdir.
Hər bir məmulata istehsalçı müəssisənin əmtəə nişanı vurulur.
məmulatın əmtəə görünüşünü pisləşdirməyən əlavə markalanmaya icazə verilir (məmulatın formasının nömrəsi, yuva).
Qida məhsulları ilə təmasda olacaq məmulatların üzərinə tutumunu və hansı növ yeyinti məhsulları üçün nəzərdə tutulduğunu (soyuq, isti və ya dənəvər) göstərən əlavə markalanma vurulur.
Qida məhsulları ilə təmasda olmayan, lakin ölçüləri və forması onların da yeyinti məhsulları üçün istifadə edilməsinə imkan verən məmulatların (məsələn ləyənlər, karandaşlar üçün stəkanlar, kisələr və s.) üzərində göstərilir: "Qeyri-ərzaq məhsulları üçün".
Markalama qəlibləmə, dekalkomaniya, basma, çap, ştamp, oyma metodları ilə formaya vurulur.
Texnoloji cəhətdən istehsal prosesində məmulata markalanmasının vurulması mümkün olmadıqda markalanmanın etiket üzərində göstərilərək məmulata ya da applikasiyaya (quramaya) bərkidilməsinə icazə verilir. Markalanma dəqiq, aydın və asan oxunan olmalıdır.
GOST R 50962-96 "P/k-dən hazırlanmış təsərrüfat təyinatlı qablar və məmulatlar. Ümumi texniki şərtlər" uyğun olaraq istehlak taralarının üzərinə aşağıda qeyd olunmuş məlumatların göstərildiyi markalanma vurulur:

  • istehsalçı müəssisənin adı və onun əmtəə nişanı;

  • məmulatın (dəstin) adı;

  • partiyanın nömrəsi;

  • məmulatın (dəstin) miqdarı;

  • istehsal tarixi (ay, il);

  • qablaşdıranın nömrəsi və soyadı;

  • istifadə qaydası (ehtiyac olduqda);

  • mövcud standartın işarəsi.

Polietilenin markalanmasının əsasını onun istehsal üsulu və əsas xüsusiyyətləri təşkil edir. Markalanması zamanı "polietilen" sözündən sonra rəqəmlər göstərilir, məsələn 11503-070 və ya 21008-075. Bu zaman ilk rəqəmlər (1 və ya 2) polietilenin istehsal üsulunu göstərir (yüksək və ya aşağı təzyiqdə), sonrakı iki rəqəm (15 və ya 10) - markanın sıra nömrəsini, dördüncü rəqəm (0) - istehsal olunan bütün polietilen markaları üçün eynidir, beşinci (3 və ya 8) isə müvafiq sıxlıq qrupunu göstərir. Defisdən sonrakı son üç rəqəm ərintini axıcılıq göstəricisinin onqat qiymətini xarakterizə edir.
Polietilenin markalarının sıra nömrələri polimerləşmə üçün istifadə olunan avadanlıqların tipindən aslıdır. Aşağı təzyiqli polietilen (ATPE (ПЭНД)) üçün marka nömrələri 10, 20, 30, 40 və s. 100 də daxil olmaqla müəyyən edilib.
Qrup sıxlığı istehsalı üsulu ilə bağlıdır. GOST-lara əsasən yüksək təzyiqli polietilen üçün altı sıxlıq qrupu (1-6) 0,90 - 0,94 kg/m3, aşağı təzyiqli polietilen üçün isə dörd sıxlıq qrupu 0,83 - 0,97 kg/m3 təyin edilib.
Adətən "polietilen" sözündən, müəyyən edilmiş işarənin üç qiymətli rəqəmlərindən ibarət qısaldılmış markalamadan istifadə edirlər. Məsələn, polietilen 115 və ya polietilen 210. Doldurulmuş polietilenlər də belə işarələnir, sadəcə markaların şərti işarələrindən sonra defis vasitəsilə əlavələrin reseptinin nömrəsi göstərilir, məsələn polietilen 210 - 0,4.



Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin