2.Silikat mallarının eyniləşdirilməsi və saxtalaşdırılması.
Şüşənin eyniləşdirilməsi və saxtalaşdırılması Şüşə əsas komponentlərinə görə üzvi və silikat şüşə olmaqla təsnif edilir. Üzvi şüşə - bu izotropluluğu ilə (istiqamətdən asılı olmayaraq xassələrinin bərabərliliyi) səciyyələnən şəffaf amorf materialdır. Şüşənin ikinci xarakterik xüsusiyyəti onun bərk haldan maye halına keçid temperaturunun dəqiq olmamasıdır. Maddənin hissəciklərinin (atomlar, molekullar) amorf strukturu kristalda olduğu kimi, yalnız elementar özəkdə düzgün qaydada yerləşir. Özəkdən kənarda isə kristal maddədən fərqli olaraq düzgün qayda müşahidə olunmur, belə ki, hər bir elementar özək digərinə nisbətən qeyri-müəyyən qaydada yerləşir (məsələn amorf kvarsda olduğu kimi).
Şüşənin mənşəyi və quruluşu barədə bir neçə hipotezlər mövcuddur. "Şüşə" anlayışı dəqiq müəyyən edilməmişdir, ona görə belə bir formuladan istifadə edirlər: " Kimyəvi tərkibi və donma sahəsinin temperaturundan asılı olmayaraq, ərintinin donma nöqtəsindən aşağı dərəcəyə qədər soyudulması ilə və bərk cisimlərin mexaniki xüsusiyyətlərinin özlülüyünün tədricən artması nəticəsində alınan bütün amorf cisimlər (əksərən molekulyar quruluşu nizamlanmamış) silikat şüşə adlanır; maye halından şüşə halına keçid prosesi mütləq dönən olmalıdır".
Mendeleyevin fikrinə görə şüşə, oksidlərin kristallik olmayan (amorf və ya kolloid) silisiumlu ərintisidir.
Bununla belə şüşə anlayışı hələ də dəqiq müəyyən edilməmişdir.
Şüşənin eyniləşdirilməsi – onun fiziki kəmiyyətlərinin və kimyəvi tərkibinin, əsas komponentlərinin təbiəti, onların istehsal və emal üsullarının standartların tələblərinə uyğunluğunun müəyyən edilməsidir.
Şüşənin eyniləşdirilməsi zamanı aşağıdakı vəzifələr öz həllini tapır: