İsidilmə və yanma təcrübələri ilə p/k-nin növünün eyniləşdirilməsi Tezalışan sellüloid istisna olmaqla isidilmə və yanma təcrübələri eyni vaxtda keçirilir. 10, 15 mm ölçüdə 7-9 növ müxtəlif plastik kütlə araşdırılır. Tigel maşa ilə plasmas qırığını götürüb alova yaxınlaşdıraraq tədricən isidirlər (yandırmırlar). Bu zaman isidilmədə dəyişikliklər edirlər: yumşalma, sap kimi dartıb uzatma (şüşə çubuqla yoxlayırlar), əridib təmizləmə. Təcrübənin nəticələrinə görə plastik kütlənin qrupunu müəyyən edirlər: termoplast və ya reaktoplast. Reaktoplastlar (feno-, aminoplastlar, poliefirlər, poliepoksidlər) isidildikdə yumşalmırlar, amma termoplastlar yumşalırlar, sap kimi dartıb uzadılırlar, əridib təmizləmə o tellər dururlar, əridilib təmizlənirlər.
Sellüloid qaynar suda isinir, belə ki, o tez alovlanır və yanır. Onu alovun üzərində isitmək praktiki olaraq qeyri mümkündür.
Plastik kütlənin qrupu müəyyən edildikdən sonra nümunəni yandırırlar və yanmanın xarakterini izləyirlər: tez yoxsa gec yanır, yalnız alovda yanır və alovdan kənarda yanmır, alovun rəngi və yanan məmulatın qoxusu (çatırtı, qığılcım yaranması, güclü his və s).
Yanmanın bir çox xarakterik əlamətləri nümunənin yandırıldığı anda daha aydın şəkildə özünü göstərir, bu zaman xüsusilə diqqətli olmaq lazımdır. Nümunələrin növünün müəyyən edilməsi üçün təcrübələrin nəticələrini cədvəl 2-də göstərilmiş plastik kütlənin qızdırıldıqda davranışının xarakteri haqqında məlumatlar ilə müqayisə edilir.
P/k-nin təbiəti laboratoriya metodları ilə müəyyənləşdirilir. Bu metodlar p/k-nin təbiətini başqa yolla müəyyənləşdirmək mümkün olmadıqda, həmçinin arbitraj mübahisələri zamanı tətbiq olunur.
P/k məmulatlarının keyfiyyət eyniləşdirilməsi zamanı məmulatın əsas təyinatına uyğunluğu müəyyən edilir.
Məmulatlar texniki şərtlərdə nəzərdə tutulmuş p/k-dən hazırlanmalıdır, lazımi möhkəmliyə və eyni qalınlığa malik olmalıdır. Onların fiziki-mexaniki xassələrinin göstəriciləri bu məmulatların standartlarının normalarına, məmulatların forma və ölçüləri cizgilərə uyğun olmalıdır. Ayrı-ayrı detalların ölçülərinə görə yaxşı quraşdırılmalıdır.
P/k məmulatları texniki şərtlərdə nəzərdə tutulmuş rəngdə rənglənməlidir. Bir neçı hissədən ibarət məmulatlar eyni tonlu rəngdə olmalıdır.
Məmulatın keyfiyyəti aşağıdakı göstəricilərə əsasən qiymətləndirilir:
xarici görünüşü, tərtibatının keyfiyyəti və mövcud nöqsanları;