Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


Keramika qablarının keyfiyyət eyniləşdirilməsi



Yüklə 87,19 Kb.
səhifə27/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   23   24   25   26   27   28   29   30   ...   40
Mövzu ime

Keramika qablarının keyfiyyət eyniləşdirilməsi - keyfiyyət göstəricilərinin (qalınlığı, işıq keçirməsi, məsaməliliyi, istiyə davamlılığı, ağlığı) standartların tələblərinə uyğun olmasının müəyyən edilməsidir.
Çini məmulatların işıq keçirməsi orqanoleptik metodla müəyyən edilir. 100 Vt lampa ilə işıqlandırılan məmulata ondan və müşahidəçidən 30-35 sm məsafədən baxırlar. Əgər məmulatın arxa tərəfində olan barmağın konturları aşkar şəkildə görünürsə o zaman işıq keçirməsi yaxşı hesab olunur, əgər yalnız onun kölgəsi görünürsə qənaətbəxş hesab olunur, əgər hətta kölgə də görünmürsə onda işıq keçirməsi - qeyri-kafidir.
Açıq məsaməlilik suhopdurma üsulu ilə müəyyən edilir. 30 x 30 mm-dən böyük olmayan ölçüdə sərbəst formalı saxsı qırıqlı keramika nümunələrinin mina (şirə) qatını təmizlədikdən sonra termostatda 100-1200C temperaturda daimi kütləsinə qədər qurudurlar, daha sonra eksikatorda soyudub çəkirlər. Çini nümunələrini qaynatdıqdan sonra 24 saat suda saxlayırlar. Sudan çıxarılan nümunələri yaş edilib sıxılmış dəsmalla quruladıqdan sonra yenidən eyni tərəzidə, eyni tarazlıqla, eyni dəqiqliklə çəkirlər.
Suhopdurma (B) aşağıdakı düstur ilə faizlə müəyyən edilir
B = (m1-m) / m∙100,

burada m– nümunənin ilkin kütləsi, q;


m1 – nümunənin qaynadıldıqdan sonrakı kütləsi, q;
Suhopdurmasına əsasən məsaməliliyin orta qiymətini ən azı beş nümunə üzərində eyni sınaqlardan sonra hesablayırlar.
İstiliyə davamlılıq iki üsulla müəyyən edilir.
Birinci üsul (GOST üzrə): məmulatları o əvvəlcədən 100°C -dək isidilmiş mufel-termostata yerləşdirib temperaturu 110°C-dək artırırlar. 10 dəqiqə saxladıqdan sonra məmulatı çıxarıb dərhal otaq temperaturunda (16-20°C) olan və fuksinlə və ya mürəkkəblə rənglənmiş suya salıb 10 dəqiqə saxlayırlar. Minasında (şirəsində) çatlar olmayan qupquru silinmiş məmulatı yenidən 120°C -dək isidilmiş termostata yerləşdirirlər və sınağı təkrar edirlər. İstiliyə davamlılıq çatların meydana gəlməsinə qədər olan istilik dəyişmələrinin (110-1200C-dən başlayan dəyişmələr) sayı ilə ifadə edilir.
Məmulatlar dözməlidir:
çini - ən azı 8 istilik dəyişməsi;
saxsı - ən azı 6 istilik dəyişməsi;
mayolik - ən azı 3-4 istilik dəyişməsi.
İkinci üsul (Xarkortu üzrə): minalanmış məmulatı mufel-termostatda 120°C-dək qızdırırlar və 10-20 dəqiqə saxladıqdan sonra məmulatı çıxarıb dərhal içərisində temperaturu 20°C olan və fuksinlə və ya göy metil ilə rənglənmiş su olan vannaya salırlar. 5-10 dəqiqə sonra məmulatı çıxarıb baxırlar.
Əgər çat əmələ gəlməyibsə hər dəfə temperaturu 200C artırmaqla sınağı təkrarlayırlar. Minada (şirədə) çatlar əmələ gələnə kimi sınağı təkrar edirlər. Hesab edilir ki, sınaqlar zamanı yaranan çatlar (xırda, tükvari çatlar) ilə məişətdə istifadə zamanı yaranan çatlar arasında aşağıdakı əlaqələr var (cədvəl 3).
Cədvəl 3

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin