Mövzu—Uşaq psixologiyasının mövzu və vəzifələri. Plan


Mövzu 1.Sosial psixologiyanın bir elm kimi xarakteristikası və elmlər sistemində yeri



Yüklə 182,11 Kb.
səhifə23/25
tarix17.10.2023
ölçüsü182,11 Kb.
#156402
1   ...   17   18   19   20   21   22   23   24   25
Uşaq psixologiyası-1

Mövzu 1.Sosial psixologiyanın bir elm kimi xarakteristikası və elmlər sistemində yeri.
Plan;
1)Elmi idrakın metodologiyası və metodikası;tədqiqatın obyekti və predmeti problemi.
2)Psixi həyatın sosial kökləri;interpsixika fenomeni.
3)Sosial psixologiyanın prdmeti;D.Mayersin tərifi.
4)Elmlərin təsnifatı;sosial psixologiya və həmsərhəd elmlər.
5)Sosiologiya və psixologiya sosial psixologiyanın ana fənləri kimi.
6)20ci əsr və 21ci əsrlərin qovşağında;sosoial psixoloji proseslər,problemlər,vəzifə lər.
1—Sosial psixologiya ayrı-ayrılıqda sosial v ya psixoloji prosesləri öyrənmir. Onun fenomenologiyasını sosial psixoloji hadisələr təşkil edir.İnsanın psixi həyatı sosial xarakter daşıyır.L.S.Vıqotski bu cəhəti izah edərək göstərirdi ki,uşağın mədəni inkişafında hər 1psixi funksiya 2 dəfə 2planda --əvvəlcə --sosial,sonra psixoloji planda ,əvvəlcə insanlar arasında interpsixi,sonra isə uşağın daxilində intr apsixi kateqoriya kimi meydana çıxır.
Insan psixikasının sosial xarakter daşıması,ictimai münasibətlərlə şərtlənmə si,psixologiya elmi üçün nəzəri-metodoloji əhəmiyyətə malikdir.Sosial psixologiya sosial psixoloji faktları xüsusi tədqiqat sahəsi kimi ayırıb onların qanunlarını və me xanizmlərini geniş miqyasda öyrənir.Son zamanlar D.Mayersin verdiyi tərif diqqəti cəlb edir.—yəni sosial psixologiya –insanların 1-1-i haqqında necə fikirləşdiyini, onların 1-1nə necə təsir göstərdiyini və 1-1lərinə necə münasibət bəslədiklərini öyrənən elmdir.
Sosial psixologiya psixologiya elminin 1sahəsi olub insanların sosial qruplar da iştirakı ilə bağlı davranış və fəaliyyətinin qanunauyğunluqlarını,eləcə də həmin qrupların psixoloji xarakteristikasını öyrənir.Sosial psixologiyanın aşağıdakı bölmə ləri vardır.
1)Şəxsiyyətin sosial psixologiyası—buraya şəxsiyyətin sosializasiyası,sosial yönü mü vəs mühüm yer tutur.Sosial psixologiyada şəxsiyyət müəyyən sistem,qrup və kollektiv daxilində tədqiq edilir,yəni başqa adamlarla 1gə fəaliyyəti prosesində nəzərdən keçirilir.
2)Qrupların sosial psixologiyası—na aşağıdakılar daxildir.
a)—Böyük qruplarda (makromühitdə) sosial psixoloji hadisələr.—b)Kiçik qruplar da (mikromühitdə) sosial psixoloji hadisələr.
İnsanların ünsiyyəti və qarşılıqlı təsiri,nəinki fəaliyyətin məzmunundan,həm də qrupun inkişaf səviyyəsindən asılı olaraq müxtəlif xüsusiyyətlər kəsb edir.
3)İnsanların 1gə fəaliyyətində ünsiyyətinin və qarşılıqlı təsirinin sosial psixoloji qanunauyğunluqları sosial psixologiyada ünsiyyət müxtəlif istiqamətlərdə --kommunikativ,interaktiv və perseptiv baxımından təhlil olunur.Ünsiyyət və qarşılı qlı təsir real surətdə qruplarda baş verir.
4)Müxtəlif insan 1ləşmələrində yaranan şəxsiyyətlərarası qarşılıqlı münasibətlər.
--4—Elmlərin təsnifatı-Sosial psixologiya 2elmin psixologiya və sosiologiya elminin qovşağında formalaşmışdır.O,sosial fəlsəfi və təbii elmlər sistemində aralı q mövqe tutur.1çox elmlərlə əlaqədardır.—sosiologiya,pedaqogika,təbabət,hüquq, iqtisadiyyat,fəlsəfə,demoqrafiya,estetika,tarix dilçilik,etnoqrafiya vəs.Qeyd etdikki, sosial psixologiya həm sosiologiya,həm də psixologiya elmlərinin qovşağında formalaşmışdır.Sosiologiya ictimai münasibətlər sistemi kimi insan cəmiyyətinin, ictimai iqtisadi formasiyaların strukturunu və inkişafını,eləcədə cəmiyyətdə,siniflər, qruplar və fərdlərin sosial fəallığının mənbəələrini tədqiq edir.O,müxt.sosial siniflə ri kollektiv şəkildə öyrənərək,onların inkişaf və fəaliyyətinin qanunauyğunluqlarını müəy.edir.Sosial psixologiya təklikdə götürülmüş hər hansı 1fərd deyil,müəy.əlam ətlərinə görə qruplaşdırılmış fərdlər məcmuyu maraqlandırır.Deməli ictimai şərait bilavasitə təsir etmir,qrupun və şəxsiyyətin sosial-psixoloji xüsusiyyətləri ilə qaynayıb qarışır və son nəticədə həmin xüsusiyyətləri müəy.edir.
Psixologiya isə psixikanın istər filogenezdə,istərsədə ontogenezdə əm.gəlməsi,inki şafı və formalaşması qanunauyğunluqlarını öyrənir.Sosial psixologiya isə insan psixologiyasının cəmiyyətlə əlaqəsini əks etdirir.Başqa sözlə o,bu və ya digər psixoloji fenomenləri ictimai şəraitin inkişaf xüsusiyyətlərindən asılı olaraq öyrənir.
Sosial psixologiyanın vəzifələri—İctimai həyatın ən ümdə xüsusiyyəti onun dinamikliyidir.Bu dinamiklik özünü ictimai münas.rin çevikliyində göstərir.Bu insanın psixi həyatında da nəzərə çarpır.Müasir dövrdə elmi-texniki tərəqqi,ictimai münas.rdəki dəyişkənlik,informasiyaların artması və informasiya kanallarının çoxalması,xüsusəndə insanların ünsiyyət sahəsinin həddən ziyadə genişlənməsi onların başqa adamlara ,öz işinə,fəaliyyət sahəsinə münasibətlərində də əks olunur.
Urbanizasiya şəraiti,rabitələrin kütləviləşməsi,sosial rol və funksiyaların artması və s.ilə əlaqədar olaraq insanların psixi yükü nəinki artır,həmdə onlar arasındakı münas.r sürətlə dəyişilir,yeni xüs.r kəsb edir.Odur ki müasir dövrdə ümumən insan psixologiyasına deyil,ancaq inun münas.rinin xarakterinə nəzər salmaqla görmək olarki,bu sahədəki meyil və istiqamətlər müxt.dir.İnsanın bütün fəaliyyəti və həyat tərzi,onun insanalrla münas.nin intensivliyi ciddi surtədə dəyişdiyi üçün onun psixi fəaliyyətinin sürəti,ritmi və buna müvafiq olaraq gərginliyi artır.Bu şəraitdə vaxt çatışmamazlığı daha mühüm psixoloji əhəmiyyət kəsb edir.Bundan başqa şəxsiyyətin bilik dairəsi genişlənir,zehni kəskinləşir,mənəvi potensialı artır,tələbatı fərdiləşir,iddia səviyyəsi yüksəlir.İnsanların ünsiyyət sahəsinin optimallaşdırılması, ünsiyyət mədəniyyətinin yüksəldilməsi,kollektivdə sağlam psixoloji iqlimin yaradılması aktual sosial-psixoloji problemə çevrilir.
--Oktyabr inqilabından sonra sosial psixologiya elminə maraq artmağa başladı.Bu dövrdə insan davranışı haqqında elmlər sırasında –refleksologiya—aparıcı rol oyna mağa başladı.Refleksologiyanın başlanğıcını--əsasını—məşhur rus psixonevroloqu və psixiatrı V.M.Bexterev qoymuşdurki,bu da əsrin 30cu illərinə qədər hakim mövqe tutmuşdur.Refleksologiya psixologiyada təbii elmi istiqamətdir.Refleksolog iya sübut etməyə çalışırdı ki,elə 1istər,şüurlu,istərsədə şüursuz fikir prosesi yoxdur ki,o gec-tez xaricən hərəkət və davranışda özünü büruzə verməsin.Refleksologiya insan davranışının keçici xüsusiyyətləri sırasında onun mimikasını,jestlərini,səsini, nitqini öyrənirdi.Bexterev insanı fizioloji fərd kimi başa düşür və eyni zamanda cəmiyyəti də fizioloji maşın kimi nəzərdən keçirirdi.O 1920ci ildə yazmış olduğu –“Kollektiv refleksologiya”--əsərində kütlə psixologiyası qanunları ilə əsas təbii qanunları (ətalət qanununu,əks təsir qanununu,==təsir qanununu vəs )eyniləşdirmə yə çalışır.O canlı və cansız təbiət arasındakı fərqi şəxsiyyətin strukturundakı bioloji və sosial olanın arasındakı fərqləri silir.
Bexterevin şəxsiyyətin və cəmiyətin ink.nın universal qanunlarını kəşf etmə cəhdləri boşa çıxır və o real mövcud olan heç1 sosial psixoloji qanunauyğunluq yarada bilmir.Beləliklə 20ci illərdə marksist sosial psixologiyanı yaratmaq refleksoloqlara nəsib olmadı.
XX əsrin məşhur pedaqoqlarından Vaxterev,Kapterev,Vansel vəb.uşaqların qrup daxilindəki qarşılıqlı münas.ri problemini öyrənib şərh etməyə çalışırdılar.Əs rin 20-30cu illərində sosial psixologiya əsasən uşaq,məktəbli kolektivlərində,şəxsiy yətlə kollektiv arasındakı qarşılıqlı təsir problemini öyrənirdilər.Bu dövrdə sosial psixologiyanın 2istiqaməti—biologizator və sosiologizator—istiqamətləri ayrılırdı.
6)—20ci əsrin 90cı illərində ölkənin həyatında tarixi dəyişikliklər baş verdi.Azərba ycan suveren müstəqil və demokratik respublika kimi bazar iqtisadiyyatı kökündə inkişaf etməyə başladı.Sahibkarlıq,fermer təsərrüfatları əm.gəldi.Çoxpartiyalı sistem yarandı.Müəssisələr,torpaqlar və evlər özəlləşdirilməyə başladı.
Azərbaycanın dünya ilə inteqrasiyası gündən-günə genişlənir.Əsrin neft strategiyası dünyada böyük əks-səda doğurub.Ölkənin həyatında yeni sosial-psixol oji problemlər əm.gəldi.Torpaqlarımızın 20%i erməni qəsbkarları tərəfindən işğal edildi.Qarabağ problemi Azərbaycan tarixinin böyük probleminə çevrildi.Departasiya prosesləri başladı.İgid oğlanlarımızın 1çoxu vətən uğrunda dö yüşlərdə qəhrəmancasına şəhid oldu.Qaçqınlar,məcburi köçkünlər,şəhid ailələri vəs. Problemləri ölkənin sosial-psixoloji həyatında0020üsusi aktuallıq kəsb etdi.Plyural izm şəraitində-fikir müxtəlifliyi-şəxsiyyətin sosial psixologiyasında yeni meyillər əm.gəldi.Qrup həyatında önəmli xüs.r meydana çıxdı.Qruplararası münas.r köklü şəkildə dəyişdi.Ünsiyyət mədəniyyəti informasiya əsrinin başlıca probleminə çevril di.Sosial idrak,insanın sağlamlığı,ekologiya və hüquq problemləri aktuallaşdı.
Konformizm ,aqressiya,alturizm-başqasına təmənnasız kömək etmək--,tolera ntlıq-tarazlıq,barışıq,atraksiya—cazibədarlığı həm fiziki,həmdə psixi,suisid-özünə qəsd,tənhalıq,şəxsiyyətlərarası münasibətlər,müasir sosial psixologiyada diqqəti daha çox cəlb edir.Onlar Azərbaycan sosial psixologiyası üçün də aktualdır.Bu pro blemlərin öyrənilməsi ölkənin sosial psixoloji problemlərinin həllində müəy.edici rol oynayır.Dünya sosial psixologiyasını isə Azərbaycan materialları kökündə yeni ideyalarla,müddəalarla və faktlarla zənginləşdirər.


Yüklə 182,11 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin