MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   2   3   4   5   6   7   8   9   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

ÜSLUBİYYAT ANLAYIŞI
  
Dil vahidləri, xüsusilə leksik vahidlər əsas semantik mənadan əlavə rənglərə 
malikdir. Bu cür leksik vahidlər fərqli stilistik təbiətə malikdir. Bütün leksik 
vahidlər,ilk növbədə neytral və üslubi rəngdə olan vahidlərə ayrılır.


11 
Neytral vahidlər ünsiyyətin bütün səviyyələrində istifadə oluna bilən dil 
vahidləridir. Onlar mətnə heç bir əlavə rəng qatmır,yəni stilistik mənada 
neytraldırlar. Onlar ümumi istifadə olunan bu cür sözlərdir: əl, qol, insan, dəftər, 
qırmızı, yüngül və s.
Üslubi rəngli sözlər neytral sözlər fonunda öz üslubi çalarını aşkar edir.
Üslubi rəngin iki növü vardır: emosional-ekspressiv və funksional.
Emosional-ekspressiv rəngli sözlər: səfalət, aqibət, dəhşət və s.
Funksional rəngli sözlər: debat, kredit, alternativ, suffiks və s.
Funksional rəng emosional-ekspressiv rəngdən daha neytraldır. Lakin onun 
geniş istifadəsi “ona malik olan dil vahidlərinin daha stabil üslubi mənaya malik 
olmalarıdır”
3
. Digər tərəfdən, emosional-ekspressiv çalar sözə daha yaxındır. 
Funksional çalar isə sözün istifadə dairəsini məhdudlaşdırır və onu çərçivəyə salır. 
Lakin bu o demək deyil ki,belə sözlər əsas mənadan tam fərqlənir. Təbii ki
funksional çalarlı sözlər də sözün əsas mənası zəminində yaranmış olur.
Ümumiyyətlə üslubi rəngli vahidlər ilə əsas söz arasında bağlılıq mövcuddur 
və bu cür bağın olmaması əslində mümkünsüzdür. Bəzən hətta neytral sözlər belə 
istifadə olunduğu kontekstə uyğun olaraq müvafiq üslubi rəng alır. Digər tərəfdən, 
bəzən üslubda hər iki çalardan istifadə oluna bilir. Məsələn, edam, tərki-dünya, 
inkar və s. Bir sıra sözlər var ki,neytral görünsələr də “üslubi baxımdan hər zaman 
dolğundur və onların emosional-ekspressiv yükü çoxdur”
4
.
Dil vahidləri sırasında ümumiyyətlə emosional çalar alması mümkünsüz olan 
sözlər var. Bunlar əsasən terminlərdir. Terminlər sırf funksional məna
3
Г.О. Винокур О содержании некоторых стилистических понятий // Стилистические 
исследования, М., 1972, с. 41
4
Г.О. Винокур О содержании некоторых стилистических понятий // Стилистические 
исследования, М., 1972, с. 41


12 
daşıdıqları üçün və istifadə sahəsi konkret olması səbəbindən emosional rəng 
almır. Onlar hər hansı bir kontekstdə istifadə edilərkən mətnə elmi üslub çaları 
gətirir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin