17.Mətnlərdəki metonimiyaların hansı üslubi məqsədlə işlədildiyini izah
edin Salman bəy: - Bizim evin əhvalatını sən hardan bilirsən?
Səttar bəy: - Heç, rəhmətliyin oğlu, tamam bazar danışır. (N.Vəzirov)
Gözümün qarşısında xəritə, ağlı, qaralı nöqtələr. Danışır Afrika.
Danışır müstəmləkələr. (R.Rza); Mən cəhənnəm, heç olmasa,
çıxarın o rütubətdən, qaranlıqdan Füzulini! (R.Rza);
Miz üstündə Lermontov, Demon, Tamara... (R.Rza);
Üç
aylıq
yolunu
dəvə
karvanlarının Üç günlük eləyib
Şevrole, Ford, Kreysler.
(R.Rza).
18. Bədii əsərlərdən epitet nümunələri seçin və onları təhlil edin
19. Elmi üslubda yazılan mətnlərdən sadə təyinlərin nümunələrini seçin və
onlardan epitet kimi istifadə edərək bədii üslubbda cümlələr qurun.
20. Bədii əsərlərdən omonim olan metafora və epitetlər seçin. Onları müqayisə
edərək bədii təsvir imkanlarını izah edin.
Məsələ:
“Gör təbiət nə varlıdır
73
Qızıl səpir sağa-sola” (N.Xəzri) (metafora)
“Bir böyük şərəfdir alıb daşımaq
Bu qızıl günləri öz çiynimizdə” (O. Sarıvəlli) (epitet)
20. Təqdim olunan mətndə epitetləri seçin. Onlar üçün sinonim sırası hazırlayın.
Meşələrə yanğın saldı
Yarpaqların alov rəngi,
Sərin payız rüzgarların
Zümzüməli xoş ahəngi (N.Rəfibəyli)
21. Nümunələrə uyğun şəkildə adi təyin və epitetlər istifadə edərək cümlələr
yaradın:
1) O, süfrəyə gümüş qablar düzmüşdü (sadə təyin)
2) O, gümüş saçlarını darayıb güzgüyə baxdı
22. Mətndəki bədii epitetləri göstərin və onları izah edin
Bədii epitetləri təyin edin və izah edin
Ey mavi göylərin köhlən atları,
Buludlar, buludlar, qaçaq buludlar.
Atəş ilanların ağ qanadları,
İpəkdən hörülmüş saçaq buludlar (R.Rza)
|