Müasir Diskurs Nəzəriyyələri



Yüklə 299,5 Kb.
səhifə3/16
tarix02.01.2022
ölçüsü299,5 Kb.
#43601
1   2   3   4   5   6   7   8   9   ...   16
text and discourse studies1

(5)Tərlan əsla müqavimət göstərmirdi. O atasından nə desən gözləyə bilərdi: onu söyər, danlar, evə çatandan sonra döyə də bilər... Amma yoldaşlarının, həmyaşlarının, dostlarının yanında onu belə xar eləməz! Amma elədi və bu indi Tərlana ölümdən də pis gəlirdi (Ə. Cəfərzadə, Aləmdə səsim var mənim, 61).

Müəllif atasından sözünün təkrarını birbaşa deyil, felə müvafiq şəxs şəkilçilərini söyər, danlar, bilər, eləməz, elədi artırmaqla ellipsis formalaşdırır və bu amil mətndə koheziya yaradır.

Artikllərin mövcud olduğu dillərdə (ingilis, fransız və s.) isə onların leksik təkrarlarla birgə mətn yaratmaq imkanlarından tez-tez istifadə olunur. Bu cür mətnlərdə hətta leksik təkrar komponentləri biri-birindən uzaq məsafədə də yerləşə bilir:

(6)The average deposit for first-time buyers in London has hit an all-time high of 64.000 GBP, figures reveal today.

Rising prices and lenders` refusal to advance “high-risk” mortgages means they are being forced to find ever more cash to own a property.

The hurdle has not stopped a flood of first-timers returning to the housing market with 2.5 billion GBP worth of mortgages advanced in the spring, up by almost half on last year.

Property experts said buyers have been encouraged by record low mortgage rates, schemes such as “Help to buy” and a fear of being left behind by a rising market.

It came as Bank of England Governor Mark Garney used his first major speech to warn against “choking off the recovery by raising interest prematurely”.

The average London first-time buyer paid 256.853 GBP for their home in the second quarter of the year, according to statistics from the Council of Mortgage Lenders, which represents high street banks and building societies.

This was bought with an average loan of 192,640 GBP representing 75 per cent of the price, and an average deposit of 64, 213 GBP. Mortgages were, on average, 3.67 times borrowers` income, also a record for the capital.

One in 10 home loans to first-time buyers is for at least 500,000 GBP, the highest proportion on record. The figures will reignite fears of “Generation Rent” being priced out of buying unless they have access to “bank of mum and dad”. (Evening Standard, 28 August, 2013,1).

Bu qəzet mətnindəki əsas mövzu xəttini başlayan və inkişaf etdirən figures, eyni zamanda, leksik təkrarın ilk komponentidir. Leksik təkrarın ikinci komponenti the figures isə birinci komponentdən uzaq məsafədə yerləşməsinə baxmayaraq, müəyyənlik artiklinin the sayəsində əsas mövzu xəttini uğurla bitirərək koheziyanı təmin edir.

Mətnin yaranmasında mühüm əlaqə vasitələrindən olan işarə əvəzliklərinin bəzi işlənmə məqamları sayəsində leksik təkrara ehtiyac qalmır. Bu artiklin mövcud olduğu dillərdə də müşahidə olunur. Aşağıdakı fransızdilli qəzet mətninə baxaq:


Yüklə 299,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin