Müasir dünyanın inkişaf tendensiyası


Media vasitələrinin transformasiyası məsələləri



Yüklə 73,5 Kb.
səhifə3/5
tarix01.12.2022
ölçüsü73,5 Kb.
#71785
1   2   3   4   5
media ve iqtisadiyyat

4. Media vasitələrinin transformasiyası məsələləri. İKT-nin, o cümlədən İnternetin təsiri nəticəsində KİV-in bir neçə istiqamətdə transformasiyası baş verir. Birinci istiqamət – rəqəmsallaşmadır. Yəni informasiyanın bütün formaları – mətn, qrafik, audio, video rəqəmsal formaya keçir. KİV-in transformasiyasının ikinci istiqaməti konvergensiyadır, başqa sözlə, texnologiyaların media vasitələrinin və KİV bazarlarının qovuşması prosesidir.
KİV-in transformasiyasının üçüncü istiqaməti qloballaşmadır. Bu istiqamətdə baş verən transformasiya prosesinin əsas mahiyyəti KİV sahəsində ümumdünya miqyasında qarşılıqlı əlaqələrin genişlənməsi, istənilən media orqanının dünyanın hər bir nöqtəsində əlyetərli olmasıdır.
5. Mediasistemin iqtisadi aspektləri. Media iqtisadiyyatı İnformasiya cəmiyyətinin nüvəsini təşkil edən informasiya iqtisadiyyatının əsas istiqamətlərindən biri kimi çıxış edir. Sənaye iqtisadiyyatında istehsal edilən media məhsulun kəmiyyəti istehsalçı tərəfindən daha çox tənzimlənir. Informasiya iqtisadiyyatında isə həmin məhsulun keyfiyyəti ön plana çıxır və istehsal prosesi istehlakçılar tərəfindən tənzimlənir. İnformasiya cəmiyyətində istifadəçi seçim imkanı və fərdi yanaşma tələb edir. Ona görə də İnformasiya iqtisadiyyatında ön plana istehsalın həcmi və əhatə dairəsi deyil, istehlakçıya fərdi yanaşma, informasiya məhsulunun keyfiyyəti çıxır. Müasir media da informasiya iqtisadiyyatının mühüm seqmentlərindən biri kimi, yalnız bu prinsipdən çıxış edərək iqtisadi uğur qazana bilər.
6. Media-iqtisadiyyat konsepsiyası. Son onilliklərdə milli iqtisadiyyatların tərkibində mediasənayesinin xüsusi çəkisi artmaqdadır. Bəzi ölkələrdə onun ÜDM-də payı 3 faizdən artıq olmaqla ümumi iqtisadi artım tempini xeyli qabaqlayır.
Mediaekonomiksin əsas məqsədlərindən biri də qazanc əldə etmək olduğundan həmin proses auditoriyanın genişlənməsini tələb edir. Ötən əsrin 70-ci illərindən başlayaraq ABŞ tədqiqatçısı D.Smayt auditoriyanı mediasistemin əmtəəsi hesab edirdi. Hesab olunurdu ki, həmin auditoriyanı cəlb etmək hesabına “media-auditoriya-reklamçılar” triadasının işini uğurla həyata keçirmək olar. Media sistem ikili məhsul və xidmət bazarı yaradır. Bir tərəfdən o auditoriyaya öz kontentini təklif edir, digər tərəfdən də reklamçılara həmin auditoriyaya çatmaq imkanını satmaqla qazanc əldə edir.
Mediasistem nəticə etibarı ilə özünün iqtisadiyyatını yaradır. Bu iqtisadiyyatın məhsulu, xidməti daha çox informativ xarakter daşıdığından, mediaiqtisadiyyat informasiya iqtisadiyatının əsas tərkib hissələrindən birinə çevrilir.

Yüklə 73,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin