Mübariz Yusifov 4 də kifayətləndirici əsas vermir. Çünki dillərdə müşahidə edilən
müştərəkliklər heç də hər yerdə, hər məqamda, bütün dillərdə
bir-birinin üstünə düşmür. Belə ki, bütün mövqelərin hamısında
kök morfemlərin birmənalı paralelliyini iddia etmək mümkün
deyildir. Qaldı dillərin formalaşması və qohum dillərin mövcud-
luğu məsələsinə, bu bir həqiqətdir ki, ayrı-ayrı qrup dillərin tipo-
loji quruluşunda yaxınlıq olduğu kimi, onların genetik tərkibin-
də də oxşarlıq vardır. Bu onu göstərir ki, müəyyən ərazidə möv-
cud olmuş dil mühiti zaman-zaman areal genişlənmələrinin baş
verməsi səbəbindən yayılma prosesi keçirmiş, tarixin gedişində
isə onlar diferensiallaşaraq öz normalarını yaratmışlar. Bunun-
la birlikdə bu dillərdə genetik vəhdət və tipoloji quruluş öz
ənənələrini yaşatmaqda davam edir. Məsələn, türk dilləri ailəsi,
Hind-Avropa dilləri ailəsi, sami dilləri ailəsi və digər dil ailələri
özlərinin daxili quruluşunda genealoji və tipoloji ənənələri va-
risliklə qoruyub saxlayırlar. Eyni zamanda, demək olmaz ki, bü-
tün dillərin hamısında areal genişlənməsi və yerdəyişmələr tarixi
zərurətə çevrilmişdir. Dünya dillərinin içərisində areal genişlən-
məsi prosesini keçirməyən dillər də vardır. Belə dillərdə ilkin
quruluş, demək olar ki, sabit qalır və bu dillər xüsusi bir ailə
də yaratmır. Ailə yaratmayan dillər öz ənənələrini öz daxilində
mühafizə etməklə yaşadırlar. Ancaq demək olmaz ki, köklərin
genetik müştərəkliyi belə dillərdə müşahidə edilmir. İndiyədək
aparılan araşdırmalardan məlumdur ki, genetik kök müştərəkliyi
genealoji təbiətindən və tipoloji quruluşundan asılı olmayaraq
bütün mövcud dillərdə və hətta, indi fəaliyyətdə olmayan ölü
dillərin materiallarında da müşahidə edilir. Ancaq kök müştərək-
liyinin mövcudluğu həm də belə nəticə çıxarmağa əsas vermir
ki, dillərin hamısı bir vaxtda yaranıb və müştərəklik də bundan
əmələ gəlmişdir. Dillər arasındakı müştərəkliyin bütün genetik
kökləri əhatə edə bilməməsi onu deməyə əsas verir ki, müxtəlif