Nizamidə azərbaycançılıq
Sənin fərmanınla bütün ölkələr
Azad nəfəs alır, düzdür bu xəbər.
L-M, 2004, 43.
Eyni cür xitaba «Yeddi gözəl» əsərində də təsadüf
olunur. Böyük sənətkar açıq-açığına şahlara dərs verir, onlara
zülm etməməyi, xeyirxahlıq göstərməyi, insanların hüquq və
azadlıqlarını təmin etməyi məsləhət görür. Təbiidir ki, Niza
mi üslubu o qədər güclüdür ki, şahlar ondan incimir, onu
narazlıq kimi qəbul etmir hətta, bu əsərlərə görə şairi müka
fatlandırırlar da. «Yeddi gözəl» poemasmdakı şaha ithafna-
məsində şairin azadlıq barədəki tövsiyəsində belə deyilir:
Taxtın olsun görüm, daima yüksək
Göndərdiyim əsər sənə mübarək
Şeirimidən həyatın suyunu iç al,
Sən də Xızr kimi daim diri qal.
Mülkündə əbədi yaşa sən azad
Mülkünlə, ömrünlə, taxtınla ol şad.
Y G. 2004, 298.
«Yeddi gözəl» poemasında şahın tərifindən bəhs
edərkən, azadlığı tamam başqa bir üslubda canlandırır. Nizami
bu yerdə eyham edir ki, azadlıq şahın qapısının kandarında
mövcud ola bilər. Çünki şah bu gün dostdur, sabah hansısa bir
fitnəkarın əməlindən bu dostluq düşmənçiliyə də çevrilə bi
lər. Odur ki, azadlığı şah qapısından kənarda axtarmaq lazım
dır. Şah özü azaddır, ancaq azadlıq verən deyildir:
Yanar bir atəşdir hər hakim, hər şah
Ondan uzaq olan çəkməz aman, ah
Şahın odu güldür, gövhərlər saçan
Qarşıda gül olur, qucaqda tikan
61
|