Nizamidə azərbaycançılıq
özündə təsəvvür yaratmaq imkanlarından da məhrum olmuş
du. Nizami dahi bir yaradıcı kimi buna münasibətsiz qala bil
məzdi. Lakin açıq-açığına dövranın ədalətsizliyinə qarşı çıxıb
dövranı dəyişdirmək qüvvəsində də deyildi. Çünki zaman
qılınc zamanı idi. Nizami isə qələm adamı idi. Ancaq tarix
qılıncla söz deyənləri arxada qoydu. Onların qılınc gücünə
qurduğu dövran dəyişdi. Birindən digərinə keçdi. Nizaminin
qələmlə yaratdıqları isə doqquz əsrdir ki, yaşayır və bundan
sonra da uzun əsrlər boyu yaşayacaqdır. Əgər Nizami azad söz
demək imkanı olmayan bir mərhələdə qələmə sarılmasa idi,
bu qələm qılınca çevrilə bilməzdi. İctimai ədalətsizliyə qarşı
çıxmaq Nizaminin özünü məhv edərdi. Bu halda Nizaminin
və onun cəmiyyətinin qazancı nə ola bilərdi? İctimai ədalət
haqqında deyilə biləcək və əsrlər boyu təsirini itirməyəcək
ideyaların özünün itkisi. Ona görə də Nizami başqa, daha
doğru yol seçdi. Özünün ictimai ədalət və fikir azadlığı
barədəki ideya və düşüncələrini qələmin dili ilə zamanlara
ərməğan etmək yoluna üstünlük verdi. Nizami bu fikirləri ya
öz dilindən şahların tərifi ilə əlaqədar söyləyirdi və ya
yaratdığı bədii obrazlar vasitəsi ilə çatdırırdı. Nizami özü sər
bəst, maneəsiz şəkildə dövrün hökmdarlarını tərifləyir. Bu tə
rifin içərisində isə ictimai fikir azadlığını təlqin edir. «Sirlər
xəzinəsi» əsərinin «İslam padşahı Məlik Fəxrəddin Bəhram
şah ibn Davuda öygü» hissəsində belə deyilir:
Sən-ümid qaynağı Xızr, sən-İskəndər güclü şah
«Məcəsti»ni şərh edən bilginlərə qibləgah!
Xilqətin mehvəridir sultanımın qüdrəti
Onun vəsfinə enmiş göydən məqsud ayəti
Tək odur fələk tacın, Süleyman üzlüklü şah
Üfüqlərin güvənci-Məlik Fəxrəddin ancaq.
Davudluq iddiası eyləyərsə haqqı var
Onda müğənni səsi, Süleyman sorağı var.
Altı qübbə addımlar, yeddi qatda taxtı var
Doqquz göyə hökmdar, Bəhram, ulu tacidar
S X. 2004, s. 50.
63
|