5. Cəmiyyət azadlığı
Cəmiyyət azadlığı Nizami yaradıcılığında olduqca
mühüm bir yer tutur. Nizami öz cəmiyyətini, övladı olduğu
Azərbaycan məkanını azad, müstəqil, sərbəst ədalətin
70
Nizamidə azərbaycançıltq
bərqərar olunduğu bir məkan kimi görmək istəyirdi. Bu
cəmiyyətdə haqq və ədalət öz yerində olmalı idi. Haqq və
ədalət insan cəmiyyətinə bəxş olunan Allah lütfüdür: Nisa (4)
3; 58, 65, 105, 135; Maidə (5), 8, 42; Əraf (7), 159; 181; Nəhl
(16), 76, 90; Ənbiya (21) 47; Əhzab (33), 5; Şura (42) 15;
Hədid (57), 25; Mumtəhinə (60), 8; Hücurat (49) 10.
Nizami cəmiyyət azadlığını necə görmək istəyirdi?
Nizaminin azad cəmiyyəti xəyali deyildi. Onun fikir və
düşüncələrinin məhsulu idi. Onun cəmiyyətində yaşayan
insanlann arzusu, istəyi və məsləki idi. Bu cəmiyyətdə
bolluq, ədalət bərqərar olunmalı idi. Burada bolluq və
fıravvnlıq yaradılmalı idi. Bu ölkədə insanların maddi və
mənəvi ehtiyaclarının təmin edilməsinə şərait yaradılmalı idi.
Bunlar mümkündürmü, yoxsa xəyallara çevrilib şirin yuxular
kimi əlçatmaz idi? Əlbəttə ki, mümkün idi. Nizami dahi idi və
dahiyanə düşünürdü. O öz dahiyanə düşüncəsi ilə onu dərk
edirdi ki, Azərbaycan yeraltı və yerüstü sərtvətlərlə zəngin bir
ölkədir. Bu ölkədə yeraltı və yerüstü sərvətlər mövcud olduğu
kimi zəngin intellektli, ağıllı insanlar da çoxdur. Belə bir
potensialı olan ölkənin cəmiyyəti yaxşı yaşamağa layiqdir. Bu
ölkədəki insanlann öz ağılı və idrakı ilə, torpağın yetirdiyi
dahilərin qüdrəti
ilə
cəmiyyətdə
azadlığın,
ədalətin,
fıravanlığın baş verməsi təkcə utopiya deyil, xəyal deyil,
əsrarəngiz röya deyil, həm də həqiqətdir. Nizami inanırdı ki,
nə zamansa bu baş verəcək. Ona görə təsadüfi demirdi ki,
ilahi qüdrət yanında zaman ölçüsü yoxdur. Min il də bir gün
kimidir. Yəni bu gün baş tutmayan iş on ildən sonra da, min
ildən sonra da baş tuta bilər. Başqa mənada, əgər Allah
yanında zaman ölçüsü yoxdursa xoşbəxt cəmiyyət bu gün
mövcud deyilsə sabah onun baş tutacağına ümidlə baxmaq
lazımdır. Zaman ölçüsünün nisbi olduğunu İəskəndərin
dilindən aşağıdakı kimi mülahizə edir:
Dünyanı görmədən torpağa girən
Birgünlük körpəyə bənzəyirəm mən
Dünyanı başabaş gəzmişəm özüm
|