Nizamidi) azorbaycançılıq
O şahın ləqəbi Əlaəddindir
Qoruyub durduğu zaman, zəmindir.
Ölkələr fatehi körpə Arslan şah
Alp Arslandan yüksək, olduqca gümrah
Ondan Ağsunqurun nəsli güc aldı
Əcdad kamala yetdi, ucaldı.
Mehdidir, günəşdir şah bu dünyada
Dövləti qalacaq eldə, obada
Y G . 2004,31.
Şaha təzim xitabında isə Nizami xalqın səsini öz səsinə
qarışdırıb öz daxili hisslərini əsrlərin harayına qovuşdurur:
Nə qədər şah gəlmiş ölkəyə, elə
Bir səxa buludu keçirmiş ələ
Sənin buludunla yaranır bahar
Payız bulududur özgə buludlar
Şahlar süfrə açmaz içməsələr qan
Çörəyi verərlər can alan zaman.
Y G. 2004, 36.
Nizami təriflədiyi hökmdarın daxili aləmini açıq və
aydın şəkildə zamanlar qarşısına çıxarır. Bu şah bulud
kimidir. Bulud qeyri-müəyyənliyin, örtülülüyün rəmzidir.
Buludlu şahın xalqa münasibəti də buludludur. O heç vaxt
rəiyyət qayğısına qalan deyildir. Sonrakı misralarda Nizami
şahlann dövranını daha kəskin şəkildə bildirir: «Şahlar qan
içməsələr süfrə açmazlar; Çörəyi də canı ala-ala, zülmlə
verərlər». Haradadır ədalət, azad fikir və düşüncə, səxavət-
lilik? Nizami hədəfi elə düzgün seçib mənalandırır ki, ona irad
tuta bilmirlər, əksinə, onun şaha təqdim etdiyi bu
ittihamnamələrin müqabilində özünün qələm haqqını da
qoparıb alır.
67
2
^ *
|