Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azorbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə97/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   93   94   95   96   97   98   99   100   ...   174
Nizamidə  azorbaycançılıq

Ölkəni  şübhəsiz,  alacaq bizdən.

Elə ki,  eşitdi  hökmdar bunu 

Babildən Ərmənə çəkdi  ordunu.

Dəvali Abxazda şahlıq edərkən 

Eşitdi Rum şahı gəlmiş səfərdən 

Atlandı, yüyəni tez aldı ələ 

İskəndər əlini öpmək qəsdilə.

İ, I, 2004,  199-200.

Nizaminin  əsərlərində  Bərdə,  Şəki,  Muğan,  Arran 

(Aran)  kimi  Azərbaycana  məxsus  yaşayış  məskənlərinin 

adlan  çəkilir.  Bu  yerlərin  təsvirində  şairin  vətən  təəssübü, 

vətəndaşlıq mövqeyi aydın şəkildə müşahidə edilir.

Nizaminin  əsərlərində  Bərdə  adma  xüsusi  bir  rəğbətlə 

yanaşılır.  Bərdə  Azərbaycanın  qədim  mədəniyyət  mərkəz­

lərindən biri olmuşdur.

Arranın  ərəblər  tərəfindən  işğal  edilməsindən  əvvəlki 

dövrdə 


Bərdə 

Sasani 


mərzbanlarının 

(sərhədçilərinin) 

iqamətgahı  və  katalikoslannm  patriarxlıq  mərkəzi  olmuşdur. 

Xəlifə  Osmanın  (644-654)  rəhbərlik  dövründə  Bərdə  ərəblər 

tərəfindən  işğal  edilmişdir.  654-cü ildə  ərəb sərkərdəsi  Həbib 

ibn  Məsləmənin  başçılığı  ilə  Qafqaza  ikinci  yürüş  baş  verdi. 

Xilafətin  Şimal  vilayətlərinin  canişini  öz  iqamətgahını 

Dvindən 


Bərdəyə 

köçürdü. 

İran-Bizans 

müharibələri 

dövründə  Bərdə  Xəzərlər  tərəfindən  dağıdılmışdı.  Əməvi 

xəlifələrinin  təyin  etdiyi  canişinlər  şəhəri  yenidən  bərpa 

etməyə  başladılar.  Abbasilərin  hakimiyyətə  gəlməsindən 

sonra  (750)  isə  şəhərin bərpası  daha  da  genişləndirilir.  Çünki 

Bərdə  Şərq  ilə  Qərb  arasında  qədimdən  bəri  çox  əlverişli 

tranzit bir məkan  və  strateji  bir ərazi  idi.  Xilafətin  zəifləməsi 

dövründə  də  Bərdə  öz  iqtisadi  əhəmiyyətini  itirmir.  Çox 

keçmədən  Bərdə  Sacilərin,  942-ci  ildən  isə  Salarilərin  əsas 

şəhərlərindən biri  olur.  X əsrin 20-ci  illərində  Bərdədə  olmuş 

«rəb  coğrafiyaşünası  əl-İstəxri  bu  şəhərin  İraqla  Xorasan 

arasında,  Rey  və  İsfahandan  sonra  münbit  bir  ərazidə

95




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin