Mübariz Yusifov
Banu öpüb yeri qalxdı ayağa
Xosrovla başladı o danışmağa
Dedi: «Gəl bizimlə Bərdəyə gedək
Qışı qalaq orada, gəzək, keyf edək
Bizim bu Bərdənin yeri arandır
Suyu çox, otu çox, bir gülüstandır».
X-Ş, 2004, 100-101.
Nizami Bərdəni təkcə təbiəti gözəl olan, həm də
strateji bir mövqedə yerləşən ərazi kimi təqdim etmir, həm də
buranın bir mədəniyyət mərkəzi olduğunu, bu yerdə alim
şəxslərin yetişdiyini, elm-irfan mərkəzi olduğunu da qələmə
alır:
Məlum hekayədir «Xosrov və Şirin»
Dastan yoxdur əsla bu qədər şirin
Ruhu oxşasa da bu gözəl dastan
Pərdədə qalmışdı bu gəlin çoxdan
Tanıyan yoxdur bu gözəl alması
Bərdədə var idi bir əlyazması
O ölkənin qədim tarixlərindən
Bu dastanı tamam öyrənmişəm mən
O yerdə yaşayan qoca adamlar
Təşviq etdi işə, mən verdim qərar
Ağıl bu dastanı bəyənsin gərək
Sözləri şirindir, məzmunu gerçək
Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durur aşikar.
X-Ş, 2007, 49.
Nizami Muğan, Arran, Araz, Kürbasar, Şəki kimi doğma
el-oba adlarına da böyük məhəbbətlə, ehtiramla, qayğı ilə
yanaşır. Vətən torpağının hər bir güşəsinin ona əziz olduğunu
əsrlərdən -əsrlərə, nəsillərdən-nəsillərə çatdırır.
Muğan haqqında. Muğan qədim dövrlərdə Azərbayca
nın abad və əzəmətli şəhərlərindən biri olmuşdur. İndi o şə
hər, artıq, yoxdur.
Amansız müharibələrmi, fəlakətli
98
Dostları ilə paylaş: |