Nizamidə azərbaycançılıq
zəlzələlərmi, zamanın gizli qalmış hansısa hadisələrimi onun
izini itirmişdir. Nizami Muğanı xatırlamaqla onu deyir ki, belə
insan məskənlərimiz olmuşdur. İnsanların başqa bir məkana
keçib getməsi üçün tranzit mövqeyə malik bir məskən kimi
tanınmışdır. Nizami xatırladır, tarixçilər, etnoqraflar axtarıb
tapmalıdırlar, tariximizin gizli səhifələri açılmalıdır. «Xosrov
və Şirin» əsərində Muğan Xosrovun pənah gətirdiyi və
buradan keçib getdiyi bir yaşayış məskəni kimi təsvir edilir:
Xosrov gördükdə ki, dalda qaldı su
Ağlar gözlərinin qaçdı yuxusu
O gülzara gəlib çatcaq o yerə
Nəsim xəbər verdi sərhədçilərə
Məmurlar qabağa yüyürüşdülər
Yoluna döşəndi xalı, ipək, zər.
Gözəlləri görmək ona xoş gəldi
Bir neçə gün qalıb orda dincəldi.
Ordan bir baş gedib çıxdı Muğana
Muğandan da keçdi Baxərzana
X-Ş, 2004, 99.
Nizamidə Muğan elə təsvir edilir ki, sanki bu yer şənlik
məskənidir, şadyanalıq yurdudur. Xosrov da Şirinlə birlikdə
istirahət üçün, əyləncə üçün Muğan adlanan yerə baş çəkir:
Yaxında ki, vardı o nazlı dilbər
Sevinirdi qəlbi sabaha qədər
Gccə Şəbdizini o gülgün günəş
Cilovladı, oldu söyüd gülə əş
Ay və günəş ova hazırlaşdılar
Şəbdizə, Gülgünə oldular süvar
Muğandan Şahruda sürdülər atı
Dünyanı doldurdu şənlik büsatı.
X-Ş, 2004, 133.
99
|