Mübariz Yusifov
«Yeddi
gözəl»
poemasında
Bəhramın
iranlılara
cavabında da Muğan əzəmətli, bolluq, firavanlıq və zənginlik
məskəni olan bir yer kimi təsvir edilir:
Kəyana layiqdir Kəyanm yeri
Onu qəsb etməsin özgənin biri
Ordu düzəltməli şanlı hökmdar
Bir atlıdan göyə çoxmu toz qalxar?
Muğan qocasından qalan piyalə
Müğan cavanma gərək verilə.
Y G, 2004, 84.
Arran haqqında. Arran (Aran) qədim zamanlarda
Azərbaycanın düzənlik hissəsinin adı kimi tanınmışdır. Bəzən
bu yer Qafqaz Albaniyasının qədim adı kimi də adlandırılır.1
Arran (Aran) Kür və Araz çayları arasındakı ərazini əhatə
etmişdir. Buraya indiki Mil düzü, Bərdə, Gəncə və Beyləqan
(Örənqala) daxil olmuşdur. Nizami Arran adını işlədərkən
qədim ərazilərimizi canlandırar və vətən övladlarını öz
yerlərimizi
daim
xatırlamağa
təşviq
edir:
Nizaminin
təsvirindən aydın olur ki, qədim Arranın (Aranın) əzəmətli
mərkəzi kimi tanınan bir paytaxtı var imiş. Bu paytaxt isə
Nizaminin doğulduğu Gəncə olmuşdur:
Bəlkə bir mələkmiş, bəlkə də pəri?
Bəlkə çeşmələrdir onların yeri.
Heç açmaq olarmı bu sirri məgər
Ki, Xosrov sevmişdir bir pəri peykər?
Süleyman qoyum bir adımı hələ
Sonra pəriləri gətirim ələ
Belə fikirləşir, belə deyirdi
Ürəyini qüssə, kədər yeyirdi.
1 Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi. Bakı,
«Maarif», 1993, s. 12.
Dostları ilə paylaş: |