Nizamidə azərbaycançılıq
də türk adının «gözəllik, «ağlıq», «paklıq», «yaxşılıq», «tə
mizlik», «doğruluq», «mərdlik», «qəhrəmanlıq», «başçılıq»,
«qüvvətlilik», «ədalətlilik» rəmzi kimi işlədildiyi göstərilir.1
Buraya, hətta, onu da əlavə etmək lazımdır ki, Nizami
harada, hansı xalqda yaxşı nə varsa ona «türk» təşbehini
qoşur. «Türk» sözünə qoşulan etiketləri Məmməd Əmin Rə
sulzadə aşağıdakı kimi şərh edir: «Dilbər deməli olduğu çox
yerdə şair sadəcə «türk» deyir. «Torke-delsetan», «torke-
tənnaz», «torkc-nazənin- əndam» kimi ifadələrə Nizamidə
tez-tez rast gəlinir. Gözəl gözdən bəhs edərkən (Nizami)
«türk gözü» («çeşme torki») deyir, onu ahu (ğəzal) ilə
müqayisə edir. Hər hansı gülüşün şirinliyini ifadə etmək üçün
ona «türk gülüşü» deyir.2
Bu təşbeh və epitetlər iranlılara, fraslara aid olan ifadə
vasitələrində işlədilmir. Türk adı Nizamidə o qədər uca,
hörmətli tutulr ki, hətta, Leylinin ətrafındakı qızlara
«Ərəbistanda yaşayan türklər» deyir, gözəllərin sarayına
«Türküstan» deyir. Xosrov və Bəhram hər ikisi iranlı olduğu
halda, Nizami onların döyüşünü təsvir edərkən «Türk neyinin
naləsindən türklərin boğazı tutuldu» deyir.
Nizami «Yeddi gözəl» əsərində «Xosrovun Xavərəngdə
yeddi qızın şəklini görməsi» hekayəsindəki qızların mənşəcə
türklüyə (Azərbaycanlıya) aidiyyəti yoxdur. Bunlar Hind, Çin,
Xarəzm, Slavyan, Məğrib (Şimali Afrika), İtaliya (Qeysər),
Kəsra (İranın Sasanilər sülaləsindən Ənuşirəvana və ondan
sonra gələn İran şahlanna verilən ad; iranlı) elindən olan
qızlardır. Nizami Azərbaycana aid əlamətləri elə işlədir ki,
onlar istər-istəməz Azərbaycandan olan qızlar kimi təsəvvürə
gətirilir:
Rəsm etmişdi gözəl yeddi şux pəri
Hər biri bir elin parlaq ülkəri
Hind şahının qızı sevimli Furək
1 Məmmədəmin Rəsulzadə. «Azərbaycan şairi Nizami», Bakı, «Azərbaycan Dövlət
Nəşriyyatı», 1991, s. 140-148.
2 Yenə orada, s. 142.
Dostları ilə paylaş: |