Mübariz Yusifov
«Leyli və Məcnım»da Axsitanın tərifi ilə bağlı hissədə,
əslində, Əfrasiyabın (Ər Tonqa) adı xatırlanır. Xatırlanır ki,
bu ad nəsillərdən-nəsillərə keçib unudulmasın:
Düşmən qarşısında Əfrasiyabdır
Təkbətək döyüşdə Günəşə babdır.
Qoşun kəmərini bağlamamışdan
Düşməni məhv edər bu mərd Axsitan
L-M, 2004,41.
«Xosrov və Şirin» əsərində isə Məhinbanu Xosrovun
müqabilində özünün Əfrasiyab (Ər Tonqa) nəslindən olduğu
ilə fəxr edir:
Görsə ki, vəfalı, ismətli qızsan
Elçi göndərəcək adətlə, inan
Əgər o aydırsa, biz afıtabtıq
O Keyxosrov, bizsə Əfrasiyabıq.
X-Ş, 2004, 119.
Nizami Azərbaycanlı olduğu üçün türk xalqlarının
yaşadığı məskənlərin adına da rəğbətlə yanaşır:
Xırxız.
Qırğızların məskunlaşdığı
münbit, səfalı,
istirahət üçün sərfəli bir yer kimi xatırlanır. Xırxız, həmçinin
ədəbiyyatda indiki Çinin Türküstan hissəsində (Şimal-Qərbi
Çində) əla müşkü və toxunma malları ilə məşhur olmuş yer
adı kimi də işlənmişdir. Həmin toxunma mallar da xərxiz adı
ilə tanınır.
Yayın ən şiddətli, isti çağında
Daş muma dönəndə gün qabağında
İskəndər gözündən yumub yuxunu
İstədi Xırxıza çəksin qoşunu.
İ, II, 2004, 174.
Dostları ilə paylaş: |