Nizamidə azərbaycançılıq
Təraz. (Taraz, Tiraz). Qədim Türküstanda Orta Asiyada
öz gözəlləri ilə məşhur olan bir şəhərin adıdır: Nizami də
Tərazı gözəlləri ilə tanınan bir məkan kimi təqdim edir:
Şah alsaydı satın bir saçı sünbül
Aldadardı qarı töküb yağlı dil
0:-Rumun xanımı, Təraz gözəli
Deyə, təriflədi hər incə beli.
YG, 2004, 157.
Xötən. (Xütən, Xotan). İndiki şimal-qərbi Çində (Tür
küstanda) şəhər adıdır. Şərq ədəbiyyatında gözəl qadınları,
əla ipəyi və qiymətli müşkü ilə məşhur olmuşdur. Nizami də
bu yeri gözəllər məskəni kimi təsvir edir:
Xötən ölkəsində maral ürküdən
Pələngə, ceyranı göstərib gedən
Gözəllər qənd saçıb gəldi meydana
Salsınlar işini onun sahmana.
YG, 2004, 251.
Xəllüx. Qədim Türküstanda gözəlləri və qiymətli müş
kü ilə məşhur bir şəhər olmuşdur. Nizamidə də bu şəhərin adı
gözəlliklər diyarı kimi yad edilir:
Təbimin bakirə gəlini ancaq
Bu dünya üzünə gəlsin üzü ağ.
Onu oxuyanda ürək şadlansın
Müşk səpdiyi yer Xəllux adlansın.
X-Ş, 2004, 23
Nazını çəkərəm, naz çəkmək peşəm
Sən Xəllux əhlisən, mənsə həbəşli
Qarşında ey qonaq, ey sevgili yar
Belə süfrələrin nə qiyməti var?
YG, 2004, 151.
111
|