Nizamidə azərbaycançılıq
«Xosrov və Şirin»dəki «Xosrovun Şirinlə əylənməsi»
hekayəsində məclisdəki qızların adında da türk (Azərbaycan)
nişanəsi canlandırılır:
Firəngiz, sərv boylu gözəl Süheyla
Əcəbnuş, Fələknaz, bir də Hümeyla
Hümayun, Səməntürk, nazlı Pərizad
Xütənxatun, bir də Gövhərmülk dilşad
X -Ş , 2004, 129.
Nizami təsvir etdiyi hökmdar adlarında və həmçinin, et
nik adlarda da (Azərbaycanlı obrazı yaradır. «Leyli və Məc-
nun»da Leylinin qəbri üstündə Məcnunun ölməsi hadisəsi za
manı şair Böyük Yaradanı «Səcdə edənlərin səlcuqu (pənahı,
pərəstişgahı)» adlandırır:
Fələyin üstündə vilayətin var
Himayən altında durur varlıqlar
Səcdə edənlərin səlcuqisən sən
Bir də son vücudun mirası sənsən.
L-M, 2004, 203.
«Yeddi gözəl»də şahın tərifi verilən yerdə Ağsunqur
yada düşür. Ağsunqur Əbdullah oğlu Qəsimüddovlə Mosul
vilayəti Atabəylər dövlətinin banisi İmaməddin Zənginin
atasıdır. Nizami onu yada salmaqla türk (Azərbaycan) mənşəli
hökmdarların yadda qalmasına və xatırlanmasına diqqəti
yönəldir:
O şahın ləqəbi Əlaəddindir
Qoruyub durduğu zaman zəmindir
Ölkələr fatehi Körpə Arslan şah
Alp Arslandan yüksək, olduqca gümrah
Ondan Ağasunqurun nəsli güc aldı
Əcdadı kamala yetdi, ucaldı.
Y G, 2004, 31.
|