Nizamidə azərhaycançılıq
təsdiq edilsəydi nə itirirdik? Neç nə itirməzdik, əksinə, dünya
ədəbiyyatının qızıl fonduna daxil edilmiş Nizami əsərlərinin
meyvəsini, şirəsinin, daxilini təşkil edən Azərbaycançılıq
məzmununun qərəzsiz sahiblərinə yetişməkdən başqa! Bu
məsələyə
yenidən
qayıdılması
Nizamişünaslann
çox
müqəddəs və tarixi bir borcu olardı! Ancaq Nizaminin
Azərbaycanca
əsərlərinin
olması
məsələsi
əsla
dayanmamışdır. Nizami Xudiyevin özünün 2003-cü ildə
«Azərbaycan» nəşriyyatı tərəfindən çap olunmuş «Xalqın
tarixi haqqı» (dilimiz, varlığımız) adlı kitabda «Nizami
Gəncəvinin türkcə (Azərbaycanca divanı haqqında» ayrıca bir
bölmə verilir. Burada göstərildiyinə görə Misirin Xədəviyyə
kitabxanasında Nizami Gəncəviyə aid edilən divanın
əlyazması aşkar edilmiş, onun fotosurəti də Azərbaycana
göndərilmişdir.1
Əlyazmadan
verilən
nümunələrin
məzmununda Nizami «Xəmsə»si ilə səsləşən motivlər də
vardır:
Kimdir o Xosrovu-afaq, Məhəmməd xan kim
Kərdir rəhmdən edər dildə münəvvər nərgiz
Ol Səncər ilə Toğrul vəsfini, ey Nizami
Cızasan murad edərsən şah qapma doğru
Bu əsrə gəlsə şaha, şəhi Səncər ilə Toğrul
O Səncər ilə Toğrul vəsfin, cy Nizami,
Cızasan murad edərsən şah qapısına doğru.*
1
1
1
2
Təqdirəlayiq haldır ki, Nizaminin Misirdə tapılmış
əlyazmasının Xədəviyyə nüsxəsi İranda da çap edilmiş və
Azərbaycanda da təkrar nəşr olunmuşdur. Kitab cəmi 64
səhifədir. Burada divandan seçmə nümunələr verilmişdir.
Aşağıdakı nümunələrin məzmunu da Nizami əsərlərinin ruhu
və məzmunu ilə səsləşir:
1 Bax: Nizami Xudiyev. Xalqın tarixi haqqı. Dilimiz, varlığımız. Bakı, «Azərbaycan»
nəşr., s. 299.
2 Bax: Yenə orada, s. 315, 319.
|