Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə118/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   114   115   116   117   118   119   120   121   ...   174
Nizamidə  azərbaycançılıq

Ola  bilsin,  bunlar  da  Nizaminin  əsəri  ilə  bağlı  təqdim 

edilən  bir  variantdır.  Ancaq  məsələ  budur  ki,  burada  türk 

(Azərbaycan)  dilinə  olan  ənənəvi  iranlı  (fars)  münasibəti 

gizlində  deyildir.  Farslar  ta  İran-Turan  siyasi  hadisələrindən 

başlamış  türklərə  qarşı,  eyni  zamanda,  türk  nəsil  budağına 

qarşı  soyuq münasibətdə  olmuşlar.  Axsitan  da  bu  tarixi  milli- 

psixoloji  varisliyin  nümayəndəsi  kimi  Azərbaycan  dilinə  öz 

kin  və  nifrətini,  alçaldıcı  münasibətini  açıqca  bildirmişdir. 

Ancaq  Axsitan  nə  qədər  özündən  razı  halda  özünün  İran 

şahlarının  nəslindən  olduğunu  bəyan  etsə  də  nəslində 

qatışıqlıq  var  idi.  Mənbələrdə  Axsitanm  anasının  iranlı  (fars) 

yox,  gürcü  olduğu  göstərilir:  «Öz  mənşəyinə  görə  ata 

tərəfdən  ərəb 

Məzyədilər 

sülaləsinə 

daxil 

olan 


III 

Mənuçöhrün  oğlu  Axsitan  bu  sülalənin  19-cu  hökmdarı  idi. 

Ana  tərəfdən  gürcülərə  bağlanan,  daha  doğrusu,  Tamaradan 

doğulan  Axsitan 

Atabəylər 

dövlətini 

sarsıtmaq 

üçün 


Gürcülərlə  əlaqəyə  girirdi.  Azərbaycan  şəhərlərini  xarabalığa 

çevirmişlər».1

Şair  Axsitanm  dil  məsələsindəki  kəskin  ittihamından 

aydın  məsələdir  ki,  hiddətlənir  və  öz  narazılığını  oradaca 

bildirir:

Qulluq halqasına düşdü qulağım 

Qan vurdu beynimə, əsdi dodağım 

Nə cürətim vardı əmrdən qaçam 

Nə də gözüm vardı xəzinə açam.

Ömrüm viran oldu,  solub-saraldım 

Bu əmrin önündə cavabsız qaldım.

Sirrimi  deməyə bir məhrəm hanı?

Ona söyləyəydim bu məcaranı.

L-M, 2004,  34-35.

Buradan  göründüyü  kimi,  Nizami  onun  ana  dilinin 

təhqir  edildiyinə  görə  mütəəssir  olur.  Ancaq  çarə  yoxdur. 

Qılıncın  qarşısına  bir  anda  qələmlə  çıxmaq  olmur.  Nizaminin

Azərbaycan tarixi.  II cild, «Elm», Bakı, 2007, s.  332.





Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin