Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə119/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   115   116   117   118   119   120   121   122   ...   174
Mübariz  Yusifov

əvvəldə,  «Qarşımda  dururdu  yazdığım  divan»  cümləsindən 

belə  çıxır  ki,  bu  «Divan»  onun  ana  dilində  yazdığı  şeirlər 

toplusundan  ibarət  olmuşdur.  Şah  deyəndə  ki,  «Leyli  və 

Məcnun»a  fars-ərəb  dili  ilə  zinət  vur»,  bu  belə  başa 

düşülməlidir ki,  Nizaminin  Azərbaycanca yazılan  olduğundan 

onu  xəbərdar  ediblərmiş.  Ona  görə  əsərin  fras  dilində 

yazılması  tələbi  ortaya  çıxır.  Həm  də  Nizami  deyəndə  ki, 

«Ömrüm  viran  oldu,  solub-saraldım;  Bu  əmrin  önündə 

cavabsız  qaldım,  bir məhrəm  adam  da  yoxdur ki,  bu  sirri  ona 

açıb  çarə  axtanm»-  bundan  şairin  həqiqətən  ana  dilində 

yazılan  olduğu  aydınlaşır.  Bəs  şairi  qorxuya  salan  nə  idi? 

Şahın  Azərbaycan  dilinə  nifrəti.  Nizami  ona  görə  qorxuya 

düşür  ki,  o  şah  deyəni  etməsə  ana  dilində  yazdığı  «Divanı» 

tapıb  məhv  edərlər.  Bu,  Nizaminin  özünün  yazdıqlanndan 

əldə  olunan  məntiqi  nəticədir.  Ancaq  mənbələrdə  də  belə 

məlumatlar vardır ki,  Nizaminin  öz ana dilində 20 min beytlik 

«Divan»ı olmuşdur.

Azadə  Rüstəmzadə  qeyd  edir ki,  Nizaminin  lirik şeirlər 

məcmusundan  ibarət  bir  divanı  olmuşdur.  Güman  ki,  Nizami 

divanında  şairin  doğma  Azərbaycan  dilində  yazdığı  şeirlər də 

olmamış  deyildi.  Ola  bilsin,  Axsitan  «Leyli  və  Məcnun»un 

yazılmasını  sifariş  edəndə  bunu  bilirdi  və  bu  əsərin 

Azərbaycanca  yox,  farsca  (fars-ərəb  sözlərindən  bəzək 

vurulması  ilə)  yazılmasını  istəyirdi.1  Bəlkə  elə  doğrudan  da 

Nizaminin özünün dediyi  kimi  olub.  Ya «Divan» məhv edilib, 

ya  da  necə  olubsa  it-bata  düşüb.  Bunun  axtarışında  olmaq 

lazımdır.  Xatırladım  ki,  2003-cü  il  «Dirçəliş»  XXI  əsr» 

jurnalının  noyabr  69-cu  nömrəsində  Nizami  Xudiyevin 

«Nizami  Gəncəvinin  türkcə-Azərbaycanca  divanı  haqqında» 

(s.  69-85)  adlı  Nizamiyə  aidiyyəti  olduğu  güman  edilən 

əlyazması  barədə  maraqlı  bir  məqaləsi  çap  olunmuşdu.  Nə 

üçün bu yazıya əhəmiyyət verilmədi? Təəccüblüdür.  Əgər XII 

əsrin  yadigan  olan  həmin  əlyazmanın  Nizamiyə  aidiyyəti

1 Bax: Rüstəmzadə Azadə. Nizami Gəncəvi.  Həyatı və sənəti. Bakı, «Elm»,  1979, s.

11. Е.А.Бертельс. Избранные труды Низами  и Физули.  Изд. Восточной




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin