Mübariz Yusifov
Onun gətirdiyi qul yox, pəridir
Xətanın, Xəllüxün gözəlləridir.
Ürəyi dünyanı işıqlandırar
Mehribanlıq edər, aşiq yandırar.
Y G , 2004, 157.
Çaç. Daşkənd şəhərinin qədim adıdır. Bəzən Çaç
Kaşkar şəhərinin adı olduğu da deyilir.
Yolda gecikdim ki, könlüm pənahım
İşlərim qurtarsın, sevimli şahım.
Tamğaçı bağlasın həbəşi saça
Şüştər zinətini bağlasın Çaça.
X-Ş, 2004, 35
(Tamğaç, Tabğaç Çinin paytaxtı, sonra isə qədim adı
kimi işlənmişdir).
Əlbürüz. Elbrsus dağının adıdır. Söz iki tərkibdən
ibarətdir. El və bürüz (burüz). Sözün ikinci tərkibi türk
dillərindəki borü-qurd (canavar)
sözü ilə bağlıdır. Elbrus
İranın şimalında Xəzər dənizinin cənub sahilləri boyunca
şimal-qərdən cənub-qərbə doğru uzanan dağ silsiləsidir. İran
mifologiyasında Elbrus adı xüsusi bir yer tutur. «Şahnamə»də
Rüstəmin atası Zalı, babası Samı, Samın atası Nərimanı
himayə edən əfsanəvi Simurq quşunun bu dağda olması təsvir
edilir. Nizamidə bu yer əfsanəvi bir məkan kimi təsvir edilir:
Gecənin samuru yerindən endi
Gündüz qaqumundan qaçdı, gizləndi.
Əlbürzün başında Günəş göründü
Cəmşid xələtinə dünya büründü.
X-Ş, 2004,71.
Xəzər. (Xəzərlər). Erkən orta əsrlərdə Şimali Qafqazın
şərqində və Volqa çayının aşağı axannın hər iki sahilində
112
Dostları ilə paylaş: |