Nizamidə azərbaycançılıq
dilini qonşularla ünsiyyət prosesində əxz ediblər. Türk dilinin
mənşəyi və özünü «türk-türkyüt» adlandıran xalqın meydana
gəlməsi tamamilə fərqli hadisələrdir. İndi türk dilləri adlanan
dillər ən qədim zamanlarda meydana gəlmişdi, türkyüt xalqı
isə V əsrdə, Altay və onun ətəkləri üçün səciyyəvi olan meşə-
düzən landşaftı şəraitində tayfaların qarışması nəticəsində
yaranmışdı. Gəlmələrin yerli əhali ilə qaynayıb-qanşması
prosesi o qədər güclü olmuşdu ki, artıq, yüz il sonra 546-cı il
də onlar qədim türk xalqı, yaxud, türkyüt adlandırılan vahidə
çevrilmişdilər. Türk dili mühitinin özü isə həmin dövrdə, ar
tıq, Altaydan qərbə doğru uzaqlara-quzların, kanqlıqlann,
yaxud peçeneqlərin, qədim bolqarların və hunların yaşadıqlan
ərazilərə yayılmışdı».1
Məsələ burada ondan ibarət deyildir ki, «türk» adının və
«türk» etnosunun yaranması tarixi və yayılması arealı
dəqiqləşdirilsin. Bu hələlik, tarixşünaslıqda, etnoqrafiya və
dilçilikdə mübahisəli qalan bir problemdir. Dilçilərin apardığı
tədqiqatı və təhlilləri tarixçilər, etnoqraflar, onların qərarlarını
isə dilçilər qənaətbəxş hesab etmirlər. Tarixçilərin və etnoq-
rafların axtarışlarının indiyə qədərki nəticəsi ilə əlaqədar olan
qərarı budur ki, türkdilli əhali Azərbaycan ərazisinə sonradan
köçüb gəlmiş və müxtəlif tayfaların inteqrasiyası Azərbaycan
xalqını əmələ gətirmişdir. Dilçilərin tədqiqatında müxtəlif
türkdilli tayfaların Azərbaycan ərazisinə köçüb gəlməsi istisna
edilmir. Ancaq Azərbaycanlıların şimallı-cənublu indiki
ərazidə aborigen olması fikirinə daha artıq əhəmiyyət verilir.
Hətta, belə bir ehtimal da istisna edilmir ki, nə zamansa Azər
baycan ərazisindəki əhalinin şərqə doğru, sonradan isə
şərqdən qərbə doğru axını baş vermişdir. Bu mübahisələrin
həlli və dəqiqləşdirmələr aparılması çox ciddi tədqiqatlann
işidir. Ancaq tarixi həqiqət öz yerində qalır. Mümkündür ki,
türk xalqlan barədə «türk» termininin işlədilməsindən əvvəl
bu xalqlar vahid etnik birləşmə şəklində yaşamış və tamamilə
başqa bir ad daşımışlar. Məsələn, belə bir ehtimal vardır ki,
' Lev Qumilyov. Qədim türklər. Bakı, «Gənclik»,
1993
s. 33-34.
|