Mübariz Yusifov
İran-Turan müharibəsi mərhələsində (eradan əvvəl I
minilliyin əvvəlləri) türk adı yox, Turan adı işlənmişdir.
Turan adı isə qədim türk əhalisinə iranlılar tərəfindən veril
mişdir. Turanlıların əfsanəvi hökmdarı Əfrasiyab (Ər Tonqa)
İran şahı Keykavusun oğlu Səyavuşa öz qızını veribmiş.
Sonra isə onu öldürüb. Buna görə də iranlılarla turanlılar
arasında uzunmüddətli mühribələr baş vermişdir.1
Belə bir rəvayət də vardır ki, İranın Pişdadi sülaləsinin
beşinci padşahı Firidunun üç oğlundan (ortancıl) oğlunun adı
Tur imiş. Firidun ölümündən əvvəl məmləkətindən türküstan
tərəflərini Tura vermişdir. Beləliklə, Tur iranlıların və
türklərin əfsanəvi babası sayılır. Turan sözü də guya Tur adı
ilə bağlıdır.1
2 Burada əfsanədə var, uydurma da, tarix də.
Tarixi fakt odur ki, İran-Turan müharibəsində Əfrasiyab
öldürülmüş, müharibə iranlıların qələbəsi ilə bitmişdir.
Bundan sonrakı mərhələlərdə iranlalann öz ərazilərini şərqə
doğru geinşləndirmə prosesinin başlanğıcı qoyulmuşdur.
İranlalarda müşahidə olunan mənəvi-psixoloji bir əlamət
vardır ki, onlarda daxili təmayüllülük çox güclüdür. Başqa
sözlə, onlar özləri haqqında həmişə üstün fikirdə olmuşdur.
Bu, xüsusən, türkdilli əhaliyə qarşı münasibətdə özünü aydın
göstərir. Ola bilsin, həmin ənənənin davamıdır ki, Nizami
dövründə də indi də İranda Azərbaycanlılar haqqında
danışanda onların özləri də, dilləri də nəinki, «türk», hətta, bir
qədər də ikrah yaradıcı tərzdə «turki» (yəni türkə bənzər,
türkə oxşayan) adlandırılır. Bu, iranlalann təsəvvürüdür.
Azərbaycan əsilli tədqiqatçılara gəlincə, onlar klassik dövrdə
Azərbaycanlı əhaliyə şamil edilən «türk» adını təkcə etnik bir
termin kimi yox, həm də xalqın daxili aləmini, milli
psixologiyasını
özündə
canlandıran
bir
söz
kimi
mənalandmrlar. Bu doğrudan da belədir. Nizamidə də «türk»
adı həm də etnik vahid kimi, həm də etnik-psixoloji vasitə
kimi işlənmişdir. Məmmədəmin Rəsulzadə Nizami əsərlərin-
1 Azərbaycan klassik ədəbiyyatında işlədilən adlarm və terminlərin sərhi Bakı
«Maarif», 1993, s. 218-219.
2 Yenə orada; bax: s. 218.
Dostları ilə paylaş: |