Nizamidə azərbaycançılıq
daddıqca Nizaminin doğmalığı artır və artdıqca da bu doğma
hərarət bizi Nizamiyə daha da yaxınlaşdırır. Füzuli də belə
edirdi. Onun əsərlərində ərəb-fars ifadə və tərkibləri ələbəttə
ki,'4 məzmunun hamı üçün anlaşıqlı olmasında çətinlik
yaradırdı. Ona görə də Füzuli deyirdi ki, zahir zahirdir, tam
anlaşıqı olmaya da bilər, batin (məğz) isə mənim canımın
(Azərbaycanlı canının) şirəsindən ibarətdir:
Çiraq göydiriçək naleyi-əfqanımdan
Fitləsin qılıram məğzi-üstüxanımdan.
F, I, 262, L
(Mən özümün nalə və əfqanımdan çıraq yandıranda bu
çırağın piltəsini sümüyümün içindəki ilikdən edirəm). Yəni
mənim dediklərim daxildən gəlir, milli
Azərbaycanlı
ruhundan gəlir. Nizamidə də hər şey milli ruhdan gəlir. Bunu
yaxşı dərk edən İran alimləri özləri etiraf etməyə məcbur
olmuşlar ki, Nizami onlardan deyil. Nizaminin əsərlərini səs
ləndirən dilə onlann aidiyyatı var, içindəkilərə yox. Məmməd
C əfər Cəfərov bu məsələyə münasibəti Y.N.Mamn təəssüratı
əsasında belə şərh verir: «Əslində, İran alimlərinin çoxu Niza
mini heç də fars şairi hesab etmirdilər. Bu xüsusda
Y.N.M amn İrana etdiyi bir səfərdən sonra Leninqrad
şərqşünasları qarşısında etdiyi məruzəsində və 1925-1926-cı
illərdə «İran səfərindən alınan ədəbi təəssürat» adı ilə nəşr
olunan məqaləsində verdiyi məlumat çox səciyyəvidir.
Y.N.Marr bu məqaləsində bildirir ki, Tehranda fars alimləri
Nizamini böyük şair hesab etmirlər, onlann fikrincə, Nizamini
sevənlər ancaq Cənubi Azərbaycanlılar, bəxtiyarilərdir. Fars
alimlərinin fikrincə, «Nizami İran şairi deyildir. O, Azərbay
can mühitində yaşamış və işləmişdir. Onun şeirləri İranlılar
üçün anlaşılmazdır. O, Qafqazlılar üçün ola bilsin, dahidir,
iranlılar üçün isə dahi deyildir».1 Burada həqiqət budur ki,
1 Məmməd Cəfər. Nizaminin fikir dünyası. Bakı, «Yazıçı» 1982, s. 168-169;
Ю.Н.Марр. Статьи и сообщения, Л., 1939, с. 255-268.
|