M übariz Yusifov
Nizaminin əsərlərində fars ruhu yoxdur. Təsvir olunan bütün
hadisələrdə, hətta, Azərbaycana aidiyyatı olmayan yer və
şəxs adlarında Nizaminin Azərbaycanlı ruhu vardır. Nizami
bu əsərləri farslar üçün yox, başqa millətlər üçün yox, məhz
Azərbaycanlılar üçün milli bir sərvət yaradıb getmişdir. Onun
hər bir sətrində, hər cümləsində Azərbaycançılıq ruhu
səslənir.
Nizaminin əsərlərində Azərbaycan adı bir ölkə adı kimi
qələmə alınmış olsa da etnik bir termin kimi Azərbaycanlı
sözü işlənmir. Onun işlətdiyi türk adı Azərbaycanlı mənası
daşıyır. Nizami dövründə türk adı türk xalqlan üçün ümumi
bir termin kimi işlədilmişdir. Ona görə də, məsələn, Çində
yaşayan türk mənşəli etnik təbəqənin uyğurlara, qırğızlara,
özbəklərə və s. aidiyyətindən asılı olmayaraq Nizamidə onlar
«Çin türkü» adlanır. Türk xalqlarının diferensiallaşdığı
mərhələdən sonra isə müəyyən etnik birləşmələr öz milli
adlarını bir-birindən fərqləndirərək özlərini qazax, qırğız,
tatar, qaraqalpaq, tuva və s. kimi adlanlırmışlar. Lev
Qumilyov türk adı və türk etnik birləşməsi haqqında fikir
lərini belə ümumiləşdirir: «Altay türkləri tukyular (türkyutlar)
mənşəcə Qərb hunlarından törəmişlər. Nəzərə alsaq ki, Qərb
hunları 468-ci ildə məhv edilib, türklər isə xalq kimi, artıq,
545-ci ildə tarix səhnəsinə gəliblər, onların artım sürətinə və
nəsillərin bir-birini izləməsinə yalnız heyrətlənmək olar.
Monqolustan Altayının ətəkləri hunlardan törəyən və türk
dilində danışan tayfalarla məskunlaşmışdı. 1500 il ərzində
«Türk» sözü bir neçə dəfə mənasını dəyişib. Göründüyü kimi
türk adı altında V əsrdə knyaz Aşinanm birləşən, VI-VIII
əsrlərdə isə xalq kimi formalaşan və türk dilində danışan ordu
nəzərdə tutulurdu. Lakin eyni dildə danışan qonşu xalqlar
qətiyyən türk hesab olunmurdu. Ərəblər dillərini nəzərə al
madan Orta və Mərkəzi Asiyada bütün köçəri tayfalan türk
adlandırırdılar. Rəşidəddin, ehtimal ki, dil əlamətlərinə görə
türkləri və monqolları fərqləndiridi. İndiki mərhələdə isə
«türk» etnoqrafiyası, hətta, mənşəyi nəzərə almadan istisnasız
olaraq linqvistik anlayışdır. Çünki bir sıra türkdilli xalqlar türk
Dostları ilə paylaş: |