Nizamidə azərbaycançılıq
Reyhanı yaşıldır illər uzunu
Hər çeşid naz-nemət bürümüş onu
Yem üçün gələr quş bu gözəl yurda
İstəsən «quş südü» taparsan burda.
Hərum adlanırdı bu yurd hər yerdə
İndisə adma deyirlər Bərdə
Bu mərdlər, gözəllər yurdunda inan
Çox saysız xəzinə gizləmiş zaman
Belə şux, sevimli gülşən harda var?
Harda var xəzinə saçan bu diyar.
İ, I, 2004, 202.
Bərdənin təbii gözəlliyi, zənginliyi və bolluq, eyni
zamanda, əmin-amanlıq diyarı olması «Xosrov və Şirin»
əsərində də xatırlanır. Bu yer Məhinbanunun qış ovlağı,
istirahət guşəsi kimi təriflənir:
Gül fəsli yamyaşıl Muğan-yatağı
Y ay zamanı yeri Ərmən torpağı
Əkindən əkinə, çiçəkdən gülə
Gəzir, seyrə çıxır hey gülə-gülə
Y ay ötüb keçəndə, payız gələndə
Abxazda ovlağı salır kəməndə
Bərdənin havası çox mötədildir (mülayimdir)
Hər il qış zamanı o bura gəlir.
Hər fəsil bir yerə mənzil salaraq
Dörd fəsli çatdırır başa bu sayaq.
X-Ş, 2004, 64.
Bərdənin yazı gül-çiçək olduğu kimi qışı da mülayim
keçdiyinə görə Məhinbanu hətta, onun sarayında qonaq olan
Xosrovu da bu gözəl məkanda istirahətə dəvət edir:
97
|