Mübariz Yusifov
enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün
axınnadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var», -
dedik». (Bəqərə, 2, 35, 36).
Bu ayələrdən göründüyü kimi, Allah insanı sərbəst, azad,
müstəqil yaradıb. Onlara şüur (ağıl, idrak, təfəkkür) verib ki,
hadisələri təhlil edə bilsin, xeyri və şəri təyin edə bilsin.
Ancaq Adəmin özünün timsalında o da deyilir ki, hər şeyi
ölçüb biçib ona qiymət vermək lazımdır. Bu gündən sabahı
görmək lazımdır. Yoxsa Allah verən ağıldan faydalanmaqda
çətinlik yaranmış olar. Lakin Allah haqdır, ədalətlidir. Adəmi
cənnətdən çıxarırsa, ona yer üzündə nemətlər də verir. Bu ne
mətlər də asan başa gəlmir. Onun üçün əziyyət çəkmək, ağıl
ilə onları dərk etmək, çətinlikləri asanlaşdırmaq, təbiətin
yetirdiyi yeraltı və yerüstü nemətləri axtarıb, arayıb quraşdırıb
kəşflər aparıb ortaya çıxarmaq lazımdır. Daha sonra yer
üzərində nəsil törədib, cəmiyyət yaradıb ona Allahın
məsləhət gördüyü, ədalətlilik bünövrəsində qayda-qanunlar
tətbiq etmək Adəm nəslinin ixtiyanna buraxılır. Cəmiyyətdə
ədalətliliyin bərqərar edilməsi haqqında «Qurani-Kərim»in
çox vacib göstəriciləri vardır. Ədalətlilik, ədalətli davranış,
höküm edilməsi barədə bu ayələrdə ciddi göstərişlər ifadə
olunur: Nisa (4), 3,58, 65, 105, 135; Maidə (5) 8,42; Əraf (7)
159, 18; Nəhl (16) 76, 90; Ənbiya (21) 47; Əhzab (33) 5; Şora
(42) 15; Hədid (57) 25; Mümtəhinə (60) 8; Hücurat (49) 10;
Ənbiya (21) 47; Nisa (4), 135; Maidə (5) 42.
Nizami «Quran»da ədalətlilik və azadlıq haqqındakı
ayələrin göstərişlərini əldə rəhbər tutaraq cəmiyyətdə, xüsu
sən,
onun yaşadığı
və
haqqı
tapdanan Azərbaycan
cəmiyyətində azadlıq, sərbəstlik, müstəqillik, ədalətlilik
görmək istəyirdi. Ədalətli hökmdar obrazlan isə zahiri bər
bəzək idi. Ədalətli hökmdar ideyası sovet dövrünə xas olan
kommunist ideologiyasının məhsulu idi. Guya Sovet quruluşu
ədalətli idi, qalanlan ədalətsiz. Guya Nizami öz dövründə
yaşadığı cəmiyyətin ədalətsizliyini dərk edərək, Y.Bertelsin
dediyi kimi, Şimalda «bərabərlik və qardaşlıq ölkəsinə gedən
yolu göstərmək istədiyini anladıb. Bu idealın həyata tətbiq
42 2 ^ *
Dostları ilə paylaş: