Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə45/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   41   42   43   44   45   46   47   48   ...   174
Nizamido  azorbaycançıhq

ideal  cəmiyyəti  «xeyirxahlar  şəhəri»  və  bu  cəmiyyətdəki 

üsul-idarəni  «vətəndaşlıq  üsul-idarəsi»;  «hökmdarsız  cəmiy­

yət»  adlandırsalar  da  onların  təsvirində  cəmiyyətin  bütün 

üzvlərinin  bərabərliyi,  ümumi  rifahı  görünmür.  Nizaminin 

«Ədalət  şəhərində»  isə  əksinə,  imtiyazlı  hakim  sinif,  təbəqə 

görünmür,  bütün əhali bərabərhüquqlu vətəndaşlardır və  şairə 

görə  ədalətli  ictimai  quruluş  belə  də  olmalıdır».1  Qəzənfər 

Əliyev  Nizaminin  öz  əsərlərinə  istinad  edərək  ədəbiyyatda 

yazılmış  «ədalətli  şah»,  «ideal  hökmdar»  kimi  fikirlərə 

münasibətini  bildirərək  yazır:  «Humanist  sənətkar  tədricən 

«ədalətli»  hakimlərin də bəşər cəmiyyətinə  insanların həmişə 

arzulamış olduğu səadəti  gətirə biləcəyi  fikrindən əl çəkməyə 

başlayır  və  əsərin  ikinci  hissəsini  təşkil  edən  «İqbalnamə»də 

İskəndəri  azad  cəmiyyət  münasibətlərinin  hökm  sürdüyü 

xoşbəxtlər ölkəsinə  gətirir və bununla da təsdiq  edir ki,  bəşər 

cəmiyyətinin  səadət  dolu  gələcəyi  ədalətli  şah  konsepsiyası 

ilə deyil,  ancaq maddi və mənəvi azadlıq ideyaları  ilə bağlıdır. 

Şairin  bu  «sosial  utopiyası»  onun  təsvir  etdiyi  azad  cəmiyyət 

haqqında  görüşləri  o  zamankı  dünya  ədəbiyyatında  misilsiz 

bir hadisə idi».2

Nizamidən sonrakı  dövlərdə  də  utopik cəmiyyət barəsin­

dəki  fikirlər  davam  etmişdir.  Nizamidən  sonrakı  dövrdə 

Avropada  yeni  «utopistlər»  nəsli  meydana gəlmişdi.  Bunlann 

ən  görkəmli  nümayəndələri  XVI-XVII-XVIII əsrlərdə  Tomas 

Mor, Tommazo  Kampanella, Jan Milye,  Morelli,  Qrakx  Baböf 

olmuşdur.  Bu  utopistlərin  hamısının  firavan  və  xoşbəxt 

cəmiyyət  haqqındakı  fikirləri  bir-birinin  oxşan  deyildi.  Hər 

bir  utopist  gələcək,  xəyali  xoşbəxt  ölkəni  öz  təsəvvüründə 

canlandırdığı  kimi  təsvir  edirdi.  Doğrudur,  onlann  hər  biri 

yaratdığı  xəyali  aləmdə  öz  cəmiyyətlərinin  fıravanlığını 

nəzərdə  tuturdu.  Bunlann  əksəriyyəti  dövlət  quruculuğu 

təsəvvüründən  çox  macəraçılıq  təəssüratı  yaradırdı.  Məsələn, 

Tomas  Mor  (1478-1535)  İngiltərədə  yüksək  dövlət  vəzifəsi

1 Məmməd Cəfər Cəfərov. Nizaminin fikir dünyası. Bakı, «Yazıçı»,  1982, s.  113.

2 Qəzənfər Əliyev.  Qəhrəmanlıq dastanı. Nizami Gəncəvinin «İskəndəmamə» 

(«Şərəfnamə») əsərinin əvvəli. Bakı, «Lider nəşriyyat», 2004, s.  10-11.

45




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin