Əsas hissə:
Metallurgiya kompleksi
İstehsal vasitələri istehsalı sahəsinə daxil olan metallurgiya ağır və yüngül metallar istehsalını özündə birləşdirir. Dövlətin iqtisadi və hərbi qüdrətini əridilmiş metalın kəmiyyət və keyfiyyət göstəricisi müəyyən edir. O, bəşəriyyəti konstruksiya materialları ilə - qara və əlvan metallarla təmin edərək maşınqayırmanın, tikintinin inkişafının və digər təsərrüfat sahələrinin texniki təchizatının təminatçısı rolunu oynayır.
Metallurgiya iki sahəyə ayrılır. Bunlar qara və əlvan metallurgiyadan ibarətdir. Əhəmiyyət baxımında məhsul istehsalının ölçüsünə görə qara metallurgiya üstünlük təşkil edir.
Dostları ilə paylaş: |