Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair


Sosial statistika və onun göstəricilər sistemi



Yüklə 167,4 Kb.
səhifə2/55
tarix31.12.2021
ölçüsü167,4 Kb.
#25315
1   2   3   4   5   6   7   8   9   ...   55
1.1. Sosial statistika və onun göstəricilər sistemi
Sosial statistikanın tədqiqat predmeti sosial sektor olub, onun tərkibi aşağıdakı bölmələrdən ibarətdir:

-səhiyyə statistikası;

-sosial təminat və mənzil şəraiti statistikası;

-elm və mədəniyyət statistikası;

-ekologiya, bədən tərbiyyəsi və idman statistikası;


  • əhalinin və ev təsərrüfatının tərkibi;

  • əhalinin sərbəst vaxtının müşahidəsi;

  • məşğulluq və işsizlik statistikası;

  • yoxsulluq statistikası;

  • təhsil statistikası;

  • hüquqpozmalar statistikası;

  • əhalinin yaşayış səviyyəsi və s.

Sosial statistikanın quruluşu aşağıdakı kimidir:

    • Əhalini xarakterizə edən göstəricilər sistemi. Ölkənin iqtisadi inkişafı, bir çox hallarda əhalinin tərkibi, strukturu və hərəkəti ilə müəyyən edilir. Yəni, əmək ehtiyatlarının həcmi, strukturu, ölkədə istehsal edilən əmtəə və xidmətlərə tələb və təklif bu amillərdən asılıdır;

    • Əmək bazarı və əmək ehtiyatlarını xarakterizə edən göstəricilər sistemi. Bazar iqtisadiyyatında əmtəə və xidmət bazarı ilə yanaşı, əmək bazarı da formalaşır. İnsanlar öz imkanlarını reallaşdırmaq üçün əmək bazarından istifadə edir;

    • Mühüm sahələrin fəaliyyətini xarakterizə edən göstəricilər sistemi. Bu sahələrə təhsil, səhiyyə, mənzil-kommunal xidməti və mənzil şəraiti, bədən tərbiyəsi və idman daxildir;

    • Əhaliyə xidmət göstərən sosial sahələrin göstəriciləri sistemi. Bu məqsədlə əhalinin gəliri, xərcləri və istehlakı göstəriciləri nəzərdən keçirilir, əhalinin yaşayış səviyyəsi təhlil edilir. Müasir şəraitdə gəlirlər, xərclər, əmtəə və məhsul istehlakı üzrə əhalinin diferensasiyasının öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

Bu göstəricilər yekun göstərici olub sosial sektorda əmtəə və xidmətlərin istehsalı və istehlakını əks etdirir. Əhalinin yaşayış səviyyəsini qiymətləndirmək üçün MHS makroiqtisadi göstəricilərdən istifadə edilir.

Beynəlxalq təşkilatların istifadə etdiyi qiymətləndirmə sisteminin öyrənilməsi. Bu göstərici insan inkişafı indeksinin səviyyəsini müqaisə etməyə, minimum yaşayış həddini, təhsilin səviyyəsini və həyat səviyyəsini xarakterizə etməyə imkan verir. İnsan inkişafı indeksi BMT tərəfindən müəyyən edilən digər göstəricilərlə tamamlanır. Məsələn, əhalinin yoxsulluq indeksi, insan inkişafı indeksi, gender bərabərsizliyi və s.

MHS göstəriciləri sosial və iqtisadi sektorda gedən prosesləri əlaqələndirməyə imkan verir. Məsələn, iqtisadi sektorun tərkib hissəsi olan ev təsərrüfatları MHS-nin hesablarında (istehsal hesabı, gəlirin yaranması hesabı, ilkin gəlirin bölüşdürülməsi hesabı və s.) öz əksini tapır. MHS-nin hesablarının tərtibi üçün ev təsərrüfatlarının son istehlakı göstəricisi hesablanır. Son istehlaka qiymətlərin təsiri aşağıdakı düsturla öyrənilə bilər:





burada, – 2008-ci ildə 2007-ci ilin qiymətlərilə son istehlak xərcləri;



– 2009-ci ildə 2007-ci ilin qiymətlərilə son istehlak xərcləri;

– 2007-ci ilə nisbətən 2008-ci ilin qiymətlərilə son istehlak xərclərinin

dəyişməsi;



– 2007-ci ilə nisbətən 2009-ci ilin qiymətlərilə son istehlak xərclərinin

dəyişməsidir.

Əmək bazarı və əmək ehtiyatları statistikasının göstəriciləri aşağıdakı cədvəldəki kimidir:


Yüklə 167,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin