Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair


Elm statistikasının əsas göstəricilər sistemi



Yüklə 167.4 Kb.
səhifə4/6
tarix07.07.2017
ölçüsü167.4 Kb.
1   2   3   4   5   6

3.2. Elm statistikasının əsas göstəricilər sistemi
Elm statistikasının göstəricilər sistemi formalaşdırılan zaman aşağıdakı ümumi metodoloji prinsiplərə riayət edilməlidir:

  • tədqiqat obyektinin real xarakteristikasına, onların fəaliyyət şəraitinə, daxili və xarici əlaqələrə müvafiqliyi;

  • bütün göstəricilər sisteminin və onların ayrı-ayrı hissələrinin vahid məqsədə uyğunluğu, müəyyən informasiya tələbatının ödənilməsi;

  • göstəricilər sisteminin bütövlüyü, onun metodoloji, təşkilati və informasiya nöqteyi-nəzərdən vahidliyi;

  • göstəricilər sisteminin strukturu, onların bölünməsinin məntiqi ardıcıllığı, tədqiq olunan obyektə uyğun olaraq onun strukturu arasında qarşılıqlı əlaqənin təmin edilməsi;

  • göstəricilərin tərkibini formalaşdıran əhəmiyyətli əlamətlərin seçilməsi və sistemin optimallığının əldə edilməsi.

Bu göstəricilər elmi-tədqiqat və innovasiya fəaliyyətinin resurs xarakteristikasını və nəticələrini əhatə edir. Elm və innovasiya fəaliyyətinin statistik göstəriciləri aşağıdakı kimi sistemləşdirilir:

1. Elm göstəriciləri

1.1 Elmi ehtiyatların göstəriciləri

1.1.1 Elmi kadrların göstəriciləri

1.1.1.1 Tədqiqat və işləmələrlə məşğul olanların sayı və tərkibi

1.1.1.2 Tədqiqat və işləmələrlə məşğul olanların hərəkətinə dair göstəricilər

1.1.1.3 Elmi kadrların hazırlanmasına dair göstəricilər

1.1.1.4 Elmi kadrların saxlama xərcləri

1.1.2 Elmin maddi-texniki bazasının göstəriciləri

1.1.2.1 Tədqiqat və işləmələr üçün mövcud əsas fondlar və strukturu

1.1.2.2 Tədqiqat və işləmələr üçün əsas fondların hərəkətinə dair göstəricilər

1.1.2.3 Tədqiqat və işləmələr üçün əsas fondlardan istifadə göstəriciləri

1.1.2.4 Tədqiqat və işləmələr üçün dövriyyə fondlarının həcmi, tərkibi,

dinamikası və istifadəsi göstəriciləri

1.1.3 Elmin informasiya ehtiyatları göstəriciləri

1.1.4 Tədqiqat və işləmələrin maliyyələşdirilməsi göstəriciləri

1.1.4.1 Tədqiqat və işləmələrə məsrəflərin həcmi və tərkibinə dair göstəricilər

1.1.4.2 Tədqiqat və işləmələrə məsrəflərin dinamikası göstəriciləri

1.2 Elmi tədqiqat və işləmələrin nəticəsi göstəriciləri

1.2.2 Nəşr aktivliyi göstəriciləri

1.2.3 Texnologiya yaradılması göstəriciləri (patent, lisenziya, istehsal,

məlumat, biotexnologiya və s.)

1.3 Elmin təşkilat strukturu göstəriciləri (tədqiqat və işləmələr yerinə

yetirən təşkilatların sayı və tərkibi)

2 İnnovasiya göstəriciləri

2.1 İnnovasiya haqqında məlumatların mənbəyinə dair göstəricilər

2.2 İnnovasiya fəaliyyəti ilə məşğul olan kadrların sayı və tərkibi

2.3 İnnovasiya fəaliyyətində istifadə olunan əsas fondların həcmi və

strukturuna dair göstəricilər

2.4 İnnovasiya xərcləri göstəriciləri

2.4.1. İnnovasiya xərclərinin həcmi və strukturu göstəriciləri

2.4.2. İnnovasiya xərclərinin dinamikası göstəriciləri

2.5 Texnoloji mübadilə göstəriciləri

2.5.1 Texnologiyaların əldə edilməsi göstəriciləri

2.5.2 Texnologiyaların ötürülməsi göstəriciləri

2.6 İnnovasiya fəaliyyətinin nəticəsi göstəriciləri

2.6.1 İnnovasiya məhsullarının istehsalı və realizasiyası həcmi, strukturu

və realizasiyası göstəriciləri

2.6.2 Müəssisənin fəaliyyətinə innovasiyaların təsiri göstəriciləri

2.6.2.1 İnnovasiyanın tətbiqi nəticəsində istehsal ehtiyatlarının

xərcinə qənaət göstəriciləri

2.6.2.2 İnnovasiya məhsullarının realizasiyasından mənfəət

göstəriciləri

3. İqtisadiyyata, cəmiyyətə elm və innovasiyaların təsirini xarakterizə edən göstəricilər

3.1 İqtisadi artıma innovasiya və elmin təsiri göstəriciləri

3.1.1 İqtisadiyyatın texnoloji quruluşu göstəriciləri

3.1.2 Texnologiyaların idxalı və ixracı göstəriciləri (texnologiyaların

ödəmə balansı)

3.1.3 Məşğulluğa və əmək məhsuldarlığına innovasiyaların təsirinin

qiymətləndirilməsi

3.1.4 Ümumi Daxili Məhsulun artmasına Elmi-texniki tərəqqinin

təsirinin inteqrartiv qiymətləndirilməsi

3.2 Cəmiyyətin inkişafına elmin təsiri göstəriciləri

3.2.1 Elmin və innovasiyaların rolunun ictimai dərki göstəriciləri

3.2.2 Elmin sosial statusu göstəriciləri

3.2.3 Əhalinin elmi savadlılığı göstəriciləri

Milli hesablar sistemində elmi tədqiqatlar və işləmələr qeyri-maddi aktivlərin də hesabında əks etdirilir.



MHS-də qeyri-maddi aktivlərin təsnifatı


AN.112 Qeyri-maddi əsas fondlar

AN.22 Qeyri-maddi qeyri-istehsal aktivləri

AN.1121 Faydalı qazıntıların kəşfiyyatı

AN.221 Patentləşdirmə obyektləri

AN.1122 Hesablama texnikasının

proqram təminatı



AN.222 Köçürmə hüququ olan kontraktlar və icazə

haqqında müqavilələr



AN.1123 Ədəbiyyat, incəsənət və əylən-

cəli janr əsərlərinin əsli



AN.223 İşgüzar əlaqələr və reputasiyalardan əldə

edilmiş şərti dəyərlər



AN.1129 Digər qeyri-maddi əsas fondlar

AN.229 Digər qeyri-maddi qeyri-istehsal aktivləri

Mühasibat uçotunda qeyri-maddi aktivlər balans, qalıq dəyəri ilə göstərilir. Yəni qeyri-maddi aktivlərin əldə olunması və istifadəyə yararlı vəziyyətə gətirilməsi xərclərindən onun amortizasiya məbləği çıxılır. Qeyri-maddi aktivlərin amortizasiya məbləği istismar müddətindən asılıdır və amortizasiya normalarına görə hesablanır. İstismar müddətinin müəyyən edilməsi çətin olan qeyri-maddi aktivlərin maksimum istismar müddəti iyirmi illik dövrü əhatə edir.



Elmi-tədqiqat, işləmələr və innovasiya fəaliyyətinin əsas göstəriciləri

Elmi tədqiqatlar və işləmələr

İnnovasiya fəaliyyəti

Elmin ehtiyatları

Elmi tədqiqatların nəticələri

Kadrlar


Maddi texniki baza

İnformasi-ya resursu

Maliyyə resursu

Elmi tədqiqatların yerinə yetirilməsi və tətbiqi

Elmi nəşrlər

Texnologiyalar (patentlər, patentsiz lisenziyalar və s.)

İnnovasiya fəaliyyətinin resursları

İnnovasiya fəaliyyətinin nəticələri

Kadrlar

İstehsal fondları



Maliyyə ehtiyatları

İnnovasiyalı məhsul

Müəssisənin fəaliyyətinin nəticəsinə təsiri

Xarici mühit


Elmin səmərəliliyini xarakterizə etmək üçün istehsalın elmtutumu göstəricisindən istifadə edilir. Bu göstəricinin hesablanması üçün tədqiqat və işləmələrə sərf edilmiş vəsaiti fəaliyyətin nəticəsinə bölmək lazımdır. Bu göstərici müəssisə, sahə və bütövlükdə iqtisadiyyat (mikro, mezo, makro) səviyyələrdə hesablanır, iqtisadiyyatın strukturunun mütərəqqiliyini, istehsalın elmi-texniki vəziyyətini təhlil etməyə imkan verir. Makro səviyyədə elmtutumu göstəricisi dedikdə, tədqiqat və işləmələrə xərclərin ÜDM-ə nisbəti başa düşülür. Bu göstərici ölkənin milli məqsədlər üçün elm və texnologiya sahəsindəki səylərini göstərir. Sahə, müəssisə səviyyəsində elmtutumu sadəcə olaraq tədqiqat və işləmələrə xərclərin istehsalın həcminə nisbəti kimi hesablanır. Beynəlxalq təcrübədə sahələr yüksək, orta və aşağı elmtutumlu sahələrə bölünür.


Elmtutumlu məhsula görə sənaye sahələrinin qruplaşdırılması


Sıra N-si

İqtisadi fəaliyyət növü

Kod (İSİC)

Elmtutumluluq əmsalı

Həddi

orta

Yüksək texnologiyalar 22.5

1.

Kosmik və hava uçuş aparatlarının istehsalı

3845

34.1




2.

Elektron hesablama, mühasibat və dəftərxana maşınlarının istehsalı

3825



29.6




3.

Əczaçılıq ləvazimatının istehsalı

3522

22.0




4.

Radio, televiziya və rabitə avadanlığının isteh.

3822

17.1




Yüksək səviyyəli orta texnologiyalar 9.3

5.

Cihazların istehsalı

385

16.2




6.

Avtomobillərin istehsalı

3843

12.2




7.

Elektrik maşınlarının istehsalı

383-3822

8.7




8.

Kimyəvi sintez məhsullarının istehsalı

351+352-3522

8.5




9.

Digər nəqliyyat vasitələrinin istehsalı

3842+3844+3849

6.0




10.

Digər maşın və avadanlıqların istehsalı

382-3825

5.5




Aşağı səviyyəli orta texnologiyalar 2.3

11.

Rezin və plastik kütlə məmulatlarının istehsalı

355+356

2.9




12.

Gəmi hazırlanması və təmiri

3841

2.8




13

Digər qruplaşmaya daxil olmayan hazır məhsulların istehsalı

39

2.4




14

Əlvan və zinət metallarının istehsalı

372

3.3




15

Sair qeyri-metal mineral məhsulların istehsalı

36

1.9




16

Metal emalı istehsalı

381

1.3




17

Kokskimya istehsalı, neftnəqli məhsulları is.

353+354

4.2




18

Çuqun və polad istehsalı

371

2.3




Aşağı texnologiyalar 0.9

19.

Selliloz kağız istehsalı və nəşriyyat sənayesi

34

0.9




20.

Tekstil məmulatları və paltar istehsalı

32

0.7




21.

Yeyinti məhsulları və içki istehsalı

31

1.1




22

Ağac və mebel istehsalı

33

0.5



Konkret statistik müşahidə aparmaq üçün bu sistemdən problemə yönəlmiş göstəricilər ayrılır. Məsələn, aktual problem olan elmi-texnoloji təhlükəsizliyi xarakterizə edən statistik göstəricilər altsistemi aşağıdakı kimidir:

1-ci səviyyənin

göstəriciləri

2-ci səviyyənin

göstəriciləri

3-cü səviyyənin göstəriciləri

Tədqiqat və işləmələrdə çalışanların sayı, 10000 nəfərə

(dünya səviyyəsi - 72 nəfər)

Tədqiqat və işləmələrdə çalışan heyətin strukturu, kateqoriyalar üzrə:

- tədqiqatçılar;

- texniklər;

- sair.

Tədqiqat və işləmələrdə çalışan heyətin strukturu, təhsil səviyyəsinə görə:



- ali;

- orta ixtisas;

- sair.

Tədqiqat və işləmələrdə çalışan heyətin artım tempi



Tədqiqatçıların yaş strukturu:

-30 yaşadək ;

-60 yaş və yuxarı.

Tədqiqat və işləmələrdə çalışanların fondla təmin edilməsi (1 işçiyə düşən əsas vəsaitin dəyəri, faktiki qiymətlə)

Ümumi tədqiqatçıların tərkibində elmi dərəcəyə malik olanların xüsusi çəkisi

- elmlər doktoru;

- elmlər namizədi.

Tədqiqat və işləmələrdə çalışan heyətin sayında miqrantların payı

Tədqiqat və işləmələrdə çalışan heyətin sayında müvəqqəti xaricdə çalışanların payı

Tədqiqat və işləmələr yerinə yetirən təşkilatlarda işə qəbul olunmuş ali təhsil müəssisələrinin məzunlarının payı.

Aspirantların və dokto-rantların sayı

Tədqiqatçıların texnika ilə təmin edilməsi (1 tədqiqat-çıya düşən maşın və avadanlığın dəyəri, cari qiymətlə).

Bir fərdi kompüterə düşən tədqiqatçıların sayı

Elmin əsas fondlarının yeniləşməsi əmsalı



Elmin maddi-texniki bazası və kadrları


Elmin maliyyələşdirilməsi
Davamı


Elm və elmi xidmət sahə-sində orta əmək haqqının başqa sahələrlə müqayisəsi:

- iqtisadiyyatla;

- sənaye ilə;

- tikinti ilə.



1-ci səviyyə göstəriciləri 2-ci səviyyə göstəriciləri 3-cü səviyyə göstəriciləri

Tədqiqat və işləmələrə daxili xərclərin ÜDM-də payı

Büdcədən elmin maliyyələşdirilməsi. Büdcənin xərclərinə nisbətən %-lə

Mülkü elmin büdcədən maliyyələşdirilməsi.

Büdcənin xərclərinə nisbətən %

1 tədqiqatçıya düşən tədqiqat və işləmələrin daxili xərcləri (cari qiymətlə)

Tədqiqat və işləmələrin daxili xərclərində kapital xərclərinin xüsusi çəkisi

Büdcədən elmin maliyyələş-dirilməsinin tərkibində mü-dafiə sahəsinə tədqiqatların payı

Büdcədən elmin maliyyələşdirilməsində mülki tədqiqatların maliyyələşdirilməsinin payı

Tədqiqat və işləmələrə daxili xərclərin strukturu, maliyyə mənbələri üzrə:

- büdcə vəsaiti;

- büdcədənkənar fondların vəsaiti;

- xarici mənbələrin vəsaiti;

- təşkilatın xüsusi vəsaiti;

- sair.


Kapital qoyuluşunun strukturu:

- bina, torpaq sahəsinə;

- avadanlığa;

- sair.


Davamı

İnnovasiya fəaliyyətinin və texnologiyaların yaradılması

1-ci səviyyə göstəriciləri 2-ci səviyyə göstəriciləri 3-cü səviyyə göstəriciləri

Sənaye məhsulunun həcmində innovasiyalı məhsulun payı

Sənaye müəssisələrinin ümumi sayında innovasiya-aktiv müəssisələrinin payı

Ümumi sənaye məhsulunun həcmində innovasiya texno-logiyasına xərclər

Texnologiyaların idxalı və ixracı nisbəti

Ölkə və xarici ərizəçilər tərəfindən verilmiş patent ərizələrinin nisbəti

1 müəssisəyə düşən yeni, mütərəqqi istehsal texnologiyalarının sayı

İnnovasiya-aktiv müəssisələrinin ümumi sayında tədqiqat və işləmələr yerinə yetirən müəssisələrin payı

İnnovasiya-aktiv müəssisələrinin ümumi məhsulunun həcmində yeni məhsulun həcmi

Texnoloji innovasiya xərclərində texnoloji innovasiyalara ayrılmış büdcə vəsaitinin payı

Texnoloji innovasiya xərclərində yeni texnologiya əldə edilməsinə müəssisə xərclərinin payı

Texnoloji innovasiya xərclərində tədqiqat və işləmələrə müəssisə xərclərinin payı

Sənaye mülkiyyətli obyektlərin idxal və nisbəti

Patent müdafiəsi olmayan texnologiyaların ixrac və idxal nisbəti

Ölkə iddiaçılarından bir tədqiqatçıya düşən patentlərin sayı

Tədqiqat və işləmələr üzrə daxili xərclərin 1 milyon rubluna düşən ölkə iddiaçılarının patentlərinin sayı

Yaradılmış mütərəqqi istehsal texnolo giyalarında yeni texnologiyanın payı

Müdafiə sənədləri olan texnologiya- ların payı

Sənayedə 3 ildən az istifadə olunan tex nologiyaların ümumi texnologiyaların sayında payı

Həmin göstəricilər üç iri bölməni (kadr, maliyyə və innovasiya) əhatə edir. Hər bir bölmə öz növbəsində üç səviyyəyə malikdir:

1-ci səviyyədə elm, innovasiya fəaliyyəti göstəriciləri ilə makro göstəricilər müqayisə edilir;

2-ci səviyyədə elmi-innovasiya sisteminin nəticə, struktur göstəriciləri, dinamikası xarakterizə edilir;

3-cü səviyyədə elmi potensialın təkrar istehsalı və mənbələri, elm və innovasiya fəaliyyətinin nəticəsi, ehtiyatları xarakterizə edilir.

Elm və innovasiyanın davamlı inkişafı və ya təhlükəsizliyinə aşağıdakı amillər təsir göstərir:


  • elm sahəsində çalışanların sayının əhəmiyyətli dərəcədə azalması;

  • elmi kadrların tərkibində tədqiqatçıların sayının az olması;

  • yaş strukturunda yuxarı yaş qrupuna aid tədqiqatçıların nisbi çoxluq təşkil etməsi;

  • ali təhsil müəssisələrində elmi tədqiqatlara cəlb edilənlərin azlığı;

  • əsas vəsaitin bərpasının aşağı səviyyədə olması;

  • elmi təşkilatların lazımi avadanlıqla təmin edilməməsi (kompüterlərlə);

  • tədqiqata və işləmələrə ayrılan maliyyə vəsaitinin azlığı;

  • büdcə vəsaitindən elmin maliyyələşdirilməsinin qalıq prinsiplə aparılması;

  • sənaye müəssisələri tərəfindən elmi fəaliyyətin lazımi həcmdə maliyyələşdirilməməsi;

  • elmi fəaliyyətlə məşğul olanların əmək haqqının aşağı olması;

  • tədqiqat və işləmələr üzrə xərclərin strukturunda əsas kapitalın xidmət xərcinin az olması;

  • müəssisənin innovasiya fəaliyyətinin və innovasiya xərclərinin intensivliyinin aşağı olması;

  • innovasiya fəaliyyətinə büdcə maliyyələşdirilməsinin aşağı olması;

  • məhsulun ümumi həcmində innovasiya-aktiv müəssisələrin yeni məhsulunun həcminin aşağı olması;

  • innovasiya xərclərində yeni texnologiyaların əldə edilməsi xərclərinin payının aşağı olması;

  • sənaye mülkiyyətli obyektlər üzrə malların idxalının ixracına nisbətən çoxluğu;

  • elmi potensialın patent aktivliyinin yüksək olmaması;

  • yeni texnologiyaların yaradılması və tətbiqi səviyyəsinin aşağı olması.



Elmi texnoloji təhlükəsizlik parametrləri (investisiyalı inkişaf üzrə)





Rusiya

Dünya ölkələri

Məhdud qiyməti

ÜDM-ə nəzərən tədqiqat və işləmələrin həcmi,%

1.08

ABŞ 2.07

Yaponiya 2.98

Almaniya 2.48

2.0


Elmi dərəcəsi olan tədqiqatçının orta yaşı, il

54

44

48

Elmi avadanlığın orta istismar müddəti

>11

5-6

7

İnnovasiya aktivliyi səviyyəsi (sənaye müəssisələrinin cəmi sayında innovasiya-aktiv müəssisələrin payı)

10.6

Almaniya 82.5

İsveç 75.3

Avstraliya 60.8

25





Sənaye məhsulunda innovasiyalı məhsulun payı, %

4.4

Almaniya 29

Avstraliya 31



15

Sənaye məhsulunun həcmində innovasiya xərclərinin payı

1.4

Almaniya 4.1

İsveç 7.08

Finlandiya 4.34

2.5


Kəşf üçün verilmiş patent ərizələrinin sayı, 10000 nəfər üzrə

1.61

İƏİT 5.8

Yaponiya 26.9

Koreya 15.0

ABŞ 4.0

2.5


Milli iddiaçılar tərəfindən verilmiş patent ərizələrin nisbəti, xaricdə və ölkədə

1.45

İƏİT 4.28

ABŞ 9.46

3.0


Texnologiyaların ixracından daxil olan vəsaitin idxala ödənilən vəsaitə nisbəti

1.1

Böyük Britaniya 1.8

Yaponiya 2.3

ABŞ 2.4

1.5


Beynəlxalq texnologiya ticarətində ölkənin payı

0.08

ABŞ 34.3

Almaniya 16.7

Böyük Britaniya 4.1

Yaponiya 9.2



1.0


Azı 3 il istifadə olunan mütərəqqi istehsal texno-logiyalarının ümumi texnologiyalarda payı

33.2


Avstraliya 83.0

Avstriya 87.0


65.0



Каталог: upload -> File -> documents -> 12-2016
12-2016 -> 1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş
documents -> Təhsil Nazirliyi Qəbələ Peşə məktəbi
documents -> Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi (aatmkç) – nədir və nə məqsəd daşıyır?
12-2016 -> 1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə
12-2016 -> Aqrar sahəNİN İNKİŞafinda innovasiya mexaniZMİNİn rolu
12-2016 -> 1. Ev təsərrüfatları haqqında məlumatların (seçmənin müəyyən edilməsi, məlumatların toplanması, daxil edilməsi və nəzarətdə saxlanması, məlumat bazasının idarə edilməsi) təkmilləşdirilməsinə dair
12-2016 -> ƏhaliNİn təBİİ artimina gender disproporsiYASINIn təSİRİ


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə