3.2. Elm statistikasının əsas göstəricilər sistemi
Elm statistikasının göstəricilər sistemi formalaşdırılan zaman aşağıdakı ümumi metodoloji prinsiplərə riayət edilməlidir:
-
tədqiqat obyektinin real xarakteristikasına, onların fəaliyyət şəraitinə, daxili və xarici əlaqələrə müvafiqliyi;
-
bütün göstəricilər sisteminin və onların ayrı-ayrı hissələrinin vahid məqsədə uyğunluğu, müəyyən informasiya tələbatının ödənilməsi;
-
göstəricilər sisteminin bütövlüyü, onun metodoloji, təşkilati və informasiya nöqteyi-nəzərdən vahidliyi;
-
göstəricilər sisteminin strukturu, onların bölünməsinin məntiqi ardıcıllığı, tədqiq olunan obyektə uyğun olaraq onun strukturu arasında qarşılıqlı əlaqənin təmin edilməsi;
-
göstəricilərin tərkibini formalaşdıran əhəmiyyətli əlamətlərin seçilməsi və sistemin optimallığının əldə edilməsi.
Bu göstəricilər elmi-tədqiqat və innovasiya fəaliyyətinin resurs xarakteristikasını və nəticələrini əhatə edir. Elm və innovasiya fəaliyyətinin statistik göstəriciləri aşağıdakı kimi sistemləşdirilir:
1. Elm göstəriciləri
1.1 Elmi ehtiyatların göstəriciləri
1.1.1 Elmi kadrların göstəriciləri
1.1.1.1 Tədqiqat və işləmələrlə məşğul olanların sayı və tərkibi
1.1.1.2 Tədqiqat və işləmələrlə məşğul olanların hərəkətinə dair göstəricilər
1.1.1.3 Elmi kadrların hazırlanmasına dair göstəricilər
1.1.1.4 Elmi kadrların saxlama xərcləri
1.1.2 Elmin maddi-texniki bazasının göstəriciləri
1.1.2.1 Tədqiqat və işləmələr üçün mövcud əsas fondlar və strukturu
1.1.2.2 Tədqiqat və işləmələr üçün əsas fondların hərəkətinə dair göstəricilər
1.1.2.3 Tədqiqat və işləmələr üçün əsas fondlardan istifadə göstəriciləri
1.1.2.4 Tədqiqat və işləmələr üçün dövriyyə fondlarının həcmi, tərkibi,
dinamikası və istifadəsi göstəriciləri
1.1.3 Elmin informasiya ehtiyatları göstəriciləri
1.1.4 Tədqiqat və işləmələrin maliyyələşdirilməsi göstəriciləri
1.1.4.1 Tədqiqat və işləmələrə məsrəflərin həcmi və tərkibinə dair göstəricilər
1.1.4.2 Tədqiqat və işləmələrə məsrəflərin dinamikası göstəriciləri
1.2 Elmi tədqiqat və işləmələrin nəticəsi göstəriciləri
1.2.2 Nəşr aktivliyi göstəriciləri
1.2.3 Texnologiya yaradılması göstəriciləri (patent, lisenziya, istehsal,
məlumat, biotexnologiya və s.)
1.3 Elmin təşkilat strukturu göstəriciləri (tədqiqat və işləmələr yerinə
yetirən təşkilatların sayı və tərkibi)
2 İnnovasiya göstəriciləri
2.1 İnnovasiya haqqında məlumatların mənbəyinə dair göstəricilər
2.2 İnnovasiya fəaliyyəti ilə məşğul olan kadrların sayı və tərkibi
2.3 İnnovasiya fəaliyyətində istifadə olunan əsas fondların həcmi və
strukturuna dair göstəricilər
2.4 İnnovasiya xərcləri göstəriciləri
2.4.1. İnnovasiya xərclərinin həcmi və strukturu göstəriciləri
2.4.2. İnnovasiya xərclərinin dinamikası göstəriciləri
2.5 Texnoloji mübadilə göstəriciləri
2.5.1 Texnologiyaların əldə edilməsi göstəriciləri
2.5.2 Texnologiyaların ötürülməsi göstəriciləri
2.6 İnnovasiya fəaliyyətinin nəticəsi göstəriciləri
2.6.1 İnnovasiya məhsullarının istehsalı və realizasiyası həcmi, strukturu
və realizasiyası göstəriciləri
2.6.2 Müəssisənin fəaliyyətinə innovasiyaların təsiri göstəriciləri
2.6.2.1 İnnovasiyanın tətbiqi nəticəsində istehsal ehtiyatlarının
xərcinə qənaət göstəriciləri
2.6.2.2 İnnovasiya məhsullarının realizasiyasından mənfəət
göstəriciləri
3. İqtisadiyyata, cəmiyyətə elm və innovasiyaların təsirini xarakterizə edən göstəricilər
3.1 İqtisadi artıma innovasiya və elmin təsiri göstəriciləri
3.1.1 İqtisadiyyatın texnoloji quruluşu göstəriciləri
3.1.2 Texnologiyaların idxalı və ixracı göstəriciləri (texnologiyaların
ödəmə balansı)
3.1.3 Məşğulluğa və əmək məhsuldarlığına innovasiyaların təsirinin
qiymətləndirilməsi
3.1.4 Ümumi Daxili Məhsulun artmasına Elmi-texniki tərəqqinin
təsirinin inteqrartiv qiymətləndirilməsi
3.2 Cəmiyyətin inkişafına elmin təsiri göstəriciləri
3.2.1 Elmin və innovasiyaların rolunun ictimai dərki göstəriciləri
3.2.2 Elmin sosial statusu göstəriciləri
3.2.3 Əhalinin elmi savadlılığı göstəriciləri
Milli hesablar sistemində elmi tədqiqatlar və işləmələr qeyri-maddi aktivlərin də hesabında əks etdirilir.
Dostları ilə paylaş: |