Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair



Yüklə 167,4 Kb.
səhifə1/55
tarix31.12.2021
ölçüsü167,4 Kb.
#25315
  1   2   3   4   5   6   7   8   9   ...   55

1. Sosial statistika sahəsində müasir seçmə metodlarına əsaslanmaqla

müəssisə və əhali müayinələrində seçmə məcmunun

əlaqələndirilməsinə və rotasiyaya dair
Müqəddimə
Məlum olduğu kimi, ancaq iqtisadi artım inkişafı tam təmin edə bilmir. Ekoloji və sosial inkişaf ölkənin rəqabət qabiliyyətinin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərdiyi üçün bir çox ölkələrdə sosial yönümlü bazar iqtisadiyyatına üstünlük verilir. Təbii ehtiyatların mühafizəsi və bərpası, əhalinin həyat səviyyəsinin yüksəlməsi inkişafın prioritet istiqamətlərindən biri hesab edilir. Belə inkişaf davamlı olur, ətraf mühit qorunur, əhalinin sağlamlığı, yüksək həyat şəraiti təmin edilir, təbii və insan ehtiyatlarından səmərəli istifadə edilir, işsizlik və yoxsulluq səviyyəsi aradan qaldırılır. Qeyd edilməlidir ki, sosial problemlərin həlli öz növbəsində ekoloji və iqtisadi problemlərin həllindən asılıdır.

Bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi proseslərin tənzimlənməsi üçün mühüm vəzifələrdən biri də dövlət qurumları və ictimaiyyəti doğru-düzgün məlumatlarla təmin etməkdir. Azərbaycan Respublikasında Rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət proqramlarına uyğun olaraq sosial statistikanın təkmilləşdirilməsi üçün aşağıdakı metodoloji işlər yerinə yetirilmişdir:

-ev təsərrüfatlarının fərdi məlumatlarının aqreqasiyası metodologiyası və imitasiya modelləşdirilməsinin iqtisadi-riyazi metodları əsasında əhalinin gəlirlərinin bölüşdürülməsi modelinin təkmilləşdirilməsi;

-əhalinin müxtəlif sosial-iqtisadi qrupları üzrə gəlir və xərclərinin differensasiya balanslarının qurulması metodologiyası;

-demoqrafik göstəricilərin proqnozlaşdırılması metodologiyası;

-miqrasiyanın öyrənilməsi və proqnozlaşdırılması metodologiyası;

-ev təsərrüfatı büdcələrinin tədqiqatı üçün seçmə məcmunun yaradılması metodologiyası;

-yaşayış səviyyəsi tədqiqatının aparılması metodları;

-ev təsərrüfatlarının ərazi üzrə seçilməsi metodologiyası;

-əhalinin ərzaq (qida məhsulları) istehlakı və strukturu məlumatlarının hazırlanması metodikası;

-əhalinin gəlir və xərclərinin hesablanması metodologiyası;

-yoxsulluğun ölçülməsi üzrə qəbul edilmiş beynəlxalq standartlara uyğun olaraq ölkədə yoxsulluğun səviyyəsini xarakterizə edən sosial göstəricilər sisteminın hazırlanması;

-əhalinin qida məhsulları istehlakının səviyyəsi və qidalanmanın keyfiyyəti üzrə məlumat bazasının yaradılması metodologiyası;

-sosial sferanın inkişafı məsələləri üzrə ev təsərrüfatlarının seçmə müayinəsinin keçirilməsi metodologiyasının təkmilləşdirilməsi;

-ölkədə iqtisadi və insan inkişafının səviyyəsini əks etdirən iqtisadi-riyazi metodların hazırlanması;

-əhalinin gəlirlərinin səviyyəsi üzrə sosial-iqtisadi diferensasiya göstəriciləri və gəlirlərin bölüşdürülməsi metodunun təkmilləşdirilməsi.

Yuxarıda göstərilən işlərin davamı olaraq “Sosial statistika sahəsində müasir seçmə metodlarına əsaslamaqla, müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsi və rotasiya metodologiyasının işlənib hazırlanması” Dövlət proqramında 2009-cu ildə yerinə yetirilməsi nəzərdə tutulan işlər sırasında öz əksini tapmışdır.


Yüklə 167,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin