Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair



Yüklə 167,4 Kb.
səhifə4/55
tarix31.12.2021
ölçüsü167,4 Kb.
#25315
1   2   3   4   5   6   7   8   9   ...   55
Məhsuldarlıq-insanların öz fəaliyyətində məhsuldarlığı artırmalı, gəlirin yaranması prosesində fəal iştirakıdır;

  • Bərabərlik-iqtisadi və siyasi həyatda insanlara bütün bacarıq və imkanlarını sərf etmək üçün şərait yaradılmasıdır;

  • Davamlılıq-hər cür ehtiyatlardan (təbii, insan, maddi) səmərəli istifadə, gələcək nəslin həyatı üçün təbii ehtiyatların mühafizəsi və bərpa edilməsidir.

  • İmkanların genişləndirilməsi-inkişafın insanların təşəbbüsü və onların iştirakı ilə həyata keçirilməsidir.

    Əhalinin sağlamlığı, təhsili, gender amilləri və alıcılıq qabiliyyəti insan inkişafında mühüm rol oynayır və əhalinin gəlirləri arasındakı fərqlər aşağıdakı düsturla hesablana bilər:

    ,

    burada, G – Cini əmsalı;

    Yr – adambaşına düşən ÜDM.
    Sosial statistikada seçmə metodlarının tətbiqi

    Sosial statistikada seçmə metodundan geniş şəkildə istifadə edilir. Seçmə metodunun müxtəlif üsulları mövcuddur. Bu üsullara təsadüfi seçmə, müəyyən sistematik seçmə, çoxfazalı seçmə və s. aiddir. Seçmə müşahidələri zamanı məlumatlar qruplaşdırılır, sistemləşdirilir və yekunlaşdırılır.

    Mövcud sayda hüquqi və fiziki şəxslərdən (müəssisələrdən) məlumatları başdan-başa müşahidə yolu ilə toplamaq iqtisadi cəhətdən əlverişli olmadığı üçün seçmə metodun tətbiqinə zərurət yaranır. Seçmə metodunu tətbiqi aşağıdakı nəticələrə səbəb olur:
    -material, əmək, maliyyə ehtiyatlarına qənaət edilir;

    -reprezentativlik təmin edilir;

    -məlumatların operativliyi artır.

    Seçmə müşahidənin səmərəliliyinin artırılması üçün seçmə məcmusunun əlaqələndirilməsi və rotasiya metodu tətbiq edilir. Müəssisələr üç qrupa: iri, orta və kiçik müəssisələrə bölünür. Öncə iri müəssisələr seçilir, sonra isə orta və kiçik müəssisələr seçilir. Müəssisələrin seçilməsində, onların fəaliyyət növü və əhatə dairəsi əsas götürülür.

    Seçmə müşahidə aparıldıqda statistiklərin statistik yükünü təyin etmək üçün iki şərtə əməl edilməlidir:

    -seçmə vahidlərinin əlaqələndirilməsi;

    -məlumatların inteqrasiya edilməsi.

    Seçmə vahidlərin əlaqələndirilməsi üçün vahidləri eyni metoddan istifadə edilərək seçilir. Yəni, seçmənin şərti, texniki imkanları, işçi heyəti, məlumatların emalı prosesi, nəticənin yekunlaşdırılması metodologiyası eyni olmalıdır. Bununla yanaşı, əlaqələndirmə dərəcəsi müxtəlif də ola bilər.

    Çöxmərhələli seçmə üsulunda müşahidəni təkrar seçmə həyata keçirməklə aparmaq olar. Seçmə üsulları seçmə müşahidənin keyfiyyətinə təsir göstərir. Müşahidənin keyfiyyətinin qiymətləndirmək üçün seçmənin xətasını hesablamaq lazımdır. Seçmə xətaları aşağıdakı düsturlarla hesablanır


    Yüklə 167,4 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   55




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin