Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair



Yüklə 167,4 Kb.
səhifə7/55
tarix31.12.2021
ölçüsü167,4 Kb.
#25315
1   2   3   4   5   6   7   8   9   10   ...   55
Müxtəlif planlı seçmələrin əlaqələndirilməsi (koordinasiyası). Seçmə müayinənin təşkili zamanı seçmə vahidlərinin baş məcmusu qruplara (təbəqələrə) bölünür. Qrupların sayı müəyyənləşdirildikdən sonra onların hər birində təkrar olunmayan ardıcıl sadə təsadüfi seçmə aparılır. Hər bir müayinə üçün bütün qruplarda eyni başlanğıc a nöqtəsi istifadə olunur.

Əgər iki müayinə üçün eyni baş məcmu üzrə müxtəlif seçmə planları istifadə olunarsa, başlanğıc nöqtələr müxtəlif və seçmə istiqaməti lazımi şəkilldə müəyyən olunduğu halda belə seçmələr uyğun olmayacaq. Bu, onunla izah olunur ki, bir hissədəki “kiçik” təsadüfi ədəd, çox güman ki, digər hissədə də “kiçik” olacaqdır. Uyğunluğa nail olma dərəcəsi təbii olaraq qruplarda olan seçmələrin payından asılı olur.

Həmin bu səbəbdən eyni müayinənin, hətta, müxtəlif planlara malik iki seçmə məcmusu almaq olar. Bu, göstərir ki, lazım olanda müayinənin planını dəyişmək olar, lakin köhnə və yeni seçmələr, əsasən, öz aralarında uyğun olacaqlar.

Eləcə də aydındır ki, qrupa mənsubluğu dəyişən köhnə seçmədəki vahidlər üçün (vahidlərin ölçüsünün yaxud fəaliyyət növünün dəyişməsi nəticəsində) yeni seçməyə daxil edilmə ehtimalı saxlanılır, çünki bütün qruplarda ardıcıl seçmənin eyni parametrləri (göstəriciləri) istifadə olunur.


Müxtəlif planlı seçmələrin uzlaşması.

Seçmə
o o x ox x xo x o o x x

0

1

a1



Təbəqə

Müayinə 1

Seçmə
x o xx o o x o x o o x xx o xo

0

1



a2

Təbəqə
Müayinə 2


x – 1-ci müayinənin i təbəqəsinə daxil olan vahidlərə verilmiş təsadüfi ədədlər;

o - 2-ci müayinənin j təbəqəsinə daxil edilən vahidlərə verilmiş təsadüfi ədədlər;

a1- 1-ci müayinənin seçmə nöqtəsi;

a2- 2-ci müayinənin seçmə nöqtəsidir.


Müayinə çərçivəsindən kənara çıxan vahidlərin ardıcıl kənarlaşdırılması. Registrdə (siyahıda) konkret müayinənin çərçivəsindən kənara çıxan çox sayda vahidlər olur. Ancaq mövcud müayinənin çərçivəsindən kənara çıxan vahidləri buraxmaqla, vahidlərin sayı əvvəlcədən müəyyənləşdirilmiş n-ə çatana qədər təkrar olunmayan ardıcıl sadə təsadüfi seçməni davam etdirmək olar. Təsadüfi ədədlərin asılı olmadığını nəzərə alsaq bu xalis seçmə vahidlərin müayinə çərçivəsindən kənara çıxmadığı hala uyğun ehtimal paylanmasına malik olacaq. Nəticədə baş məcmudan müayinənin çərçivəsinə daxil olan n sayda vahiddən ibarət ardıcıl seçmə alınacaqdır.

Fasiləli seçmə. Fasiləli seçmə təsadüfi (m saylı seçməyə) aparır. Əgər vahidlərinin sayı N olan baş məcmudan vahidlərinin sayı n olan seçmə məcmu almaq tələb olunursa, fasilə n/N olmalıdır. Onda hər vahid üçün seçməyə daxil olma (düşmə) ehtimalı n/N olar, m isə n riyazi gözləməsinə malik olacaqdır. Aşağıdakı şəkildə fasiləli və ardıcıl seçmələr arasında asılılıq göstərilmişdir.
Fasiləli və ardıcıl seçmələr (n=4, N=16, m=3)

0 n/N = 0.25 1

x x x xx x x x x xx x x x xx

Fasilə


Ardıcıl seçmə

n kifayət qədər böyük olduqda seçmənin faktiki həcmi (m) səmərəlilik nöqteyi-nəzərindən daha az əhəmiyyət kəsb edir. Ancaq praktiki nöqteyi-nəzərdən seçmənin təsadüfi həcmi müəyyən şərtli seçmə həcmi tələb olunan müayinə aparılan zaman problem (çətinlik) törədə bilər. Fasiləli seçmə ilə əlaqədar daha bir problem orta qiymətin qeyri-dəqiqliyidir. Bu halda alternativ kimi baş məcmunun orta qiyməti əvəzinə seçmə məcmunun orta qiyməti istifadə olunur. Seçmənin təsadüfiliyinə görə bu qiymət təsadüfi dəyişənlərin nisbətini göstərir. Ancaq seçmənin real həcminə görə də qiymətləndirilmə mümkündür. m həcmli fasiləli seçmə üçün ehtimal olunan paylanma nəzərdən keçirdikdə, aydın olur ki, bu - qeyd olunmuş m (m  0) həcmli adi ardıcıl seçmənin paylanmasıdır.

Uzlaşdırılmış fasiləli seçmələr özlərini uzlaşdırılmış ardıcıl seçmələr kimi aparırlar. Fərqlər ancaq aşağıdakılardır. Nəzəri olaraq ildən ilə bu və ya digər müayinə üçün davamlı vahidlər arasında tam uyğunluğu təmin etməklə seçmə fasiləsini dəyişmədən saxlamaq olar. Təcrübədə isə N hər il dəyişəcəkdir, buna görə də, hətta n dəyişməz qalsa belə, müxtəlif illər üçün n/N nisbəti də dəyişəcəkdir. Beləliklə, daimi vahidlərin uyğunluğu olmayacaqdır, ancaq bütün ehtimallara görə ardıcıl seçmədəkindən xeyli çox olacaqdır.

Beləliklə, fasiləli seçmə təkrar olunmayan ardıcıl sadə təsadüfi seçmədə olduğundan daha yaxşı uyğunluğu təmin edir. Bu iki metodu elə birləşdirmək mümkündür ki, hər iki halda eyni sabit təsadüfi ədədləri istifadə etmək yolu ilə ardıcıl seçmə fasiləli seçmə ilə uzlaşmış olsun.



Fasiləsiz müayinələr üçün seçmə zamanı əlavə mülahizələr. Davam edən müayinələr bir neçə qiymətləndirmə tələb edir. Buna görə belə müayinələrdə mərkəzi yer dövr (raund) anlayışına məxsusdur. Tələb olunan qiymətləndirmələrin xüsusiyyətlərindən və nisbi əhəmiyyətlərindən asılı olaraq bir dövrdən (raunddan) digərinə keçdikdə seçmənin “rotasiyası” mümkündür. Mümkün olan rotasiya sxemləri aşağıda ətraflı nəzərdən keçirilmişdir.

Müxtəlif alt dövrlər arasındakı kəsişmələr haqqında, o cümlədən, təkrar olunan seçmə haqqındakı mülahizələr fasiləsiz müayinə dövrlərinə aiddir. Ancaq qeyd etmək lazımdır ki, bu halda alt dövrlərə bölmənin məqsədi nəzarətin gücləndirilməsi və seçmənin normal paylanmasının təmin edilməsidir. Bunu alt dövrlər üzrə kəsişməyən seçmələr zamanı daha səmərəli şəkildə həyata keçirmək olur. Müəyyən dövrdə müayinə edilməli olan ilkin seçmə elementlərini kəsişməyən alt çoxluqlara bölmək və hər alt dövrü bir alt çoxluqla məhdudlaşdırmaq daha əlverişlidir.



Yüklə 167,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin